525.Az

Bakıdan Qarabağa yol başladı...- Fotolar


 

Bakıdan Qarabağa yol başladı...-  <b style="color:red"> Fotolar</b>

Azərbaycanın əsas avtomobil magistralı sayılan Bakı-Qazax yolu üzərindəki məlumat lövhələrinə Azərbaycanın işğal altında olan şəhər və rayonlarının adı əlavə edilib.
 
Lent.az-ın məlumatına görə, Bakının çıxışından etibarən müəyyən məsafələrdə, nəqliyyat qovşaqlarında bu kimi lövhələrə rast gəlmək mümkündür. Bakının cənub çıxışında, Lökbatan dairəsi kimi tanınan ərazidə “Dağlıq Qarabağ” ad göstəricisi olan lövhə yerləşdirilib. Lövhədə həmin nöqtədən Dağlıq Qarabağa 361 km məsafə olduğu qeyd edilir.

İşğal altındakı rayonlara aparan yolun Ələt-Astara magistralı ilə kəsişməsində isə Xankəndi, Ağdam və Xocalının adları qeyd olunmuş lövhələr var. Bu kimi lövhələrə yolun bütün hissələrində rast gəlmək olar. Məsələn, Hacıqabulun Qarasu kəndindən Qubadlıya 283 km, Kürdəmirin Sığırlı kəndindən Cəbrayıla isə 178 km-dir.

Qeyd edək ki, Bakı-Qazax magistralı bir neçə il əvvəl tamamilə yenidən qurulub və istifadəyə verilib. Lakin həmin vaxt məlumat lövhələrində işğal altında olan rayonlardan hər hansı birinin adı qeyd olunmayıb.

Qeyd edək ki, bu məsələni iki il əvvəl İRƏLİ Gənclər Hərəkatı gündəmə gətirərək, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinə müraciət etmişdi.

Bu günlərdə isə Milli Məclisdə deputat Qənirə Paşayeva belə bir təkliflə çıxış etmiş və bu addımın gerçəkləşməsinin vacibliyini bildirmişdi.

 





11.12.2012    çap et  çap et