525.Az

Milli Məclisdə deputat jurnalisti nümunə göstərdi


 

Milli Məclisdə deputat jurnalisti nümunə göstərdi<b style="color:red"></b>

“Mən mətbuatda deputatlar və Milli Məclis barəsində bəzi yazılara öz etirazımı bildirirəm. Hesab edirəm ki, tənqidlə təhqir qarışdırılmamalıdır”.

Modern.az bildirir ki, bu sözləri Milli Məclisin dekabrın 11-də keçirilən iclasında çıxışı zamanı deputat Novruz Aslanov bəzi qəzetlərdə parlament üzvlərinin təhqir olunması ilə bağlı narahatlığını qeyd edərkən deyib. Deputatın sözlərinə görə, bəzi yazarlar parlament barəsində təhqir dolu yazılar yazır.

N.Aslanov Milli Məclisdə akreditə olan müxalifətyönlü medianın müxbirlərinin yazılarının obyektiv olduğunu diqqətə çatdırıb və nümunə kimi «Yeni Müsavat» qəzetinin əməkdaşını göstərib: “Məsələn Elşad Paşasoyun nümunəsində bunu biz görürük. O hər zaman yazılarında təhqirdən uzaq olub”

 





11.12.2012    çap et  çap et