525.Az

Müxalifətin ümidsizliyi və “dönüş ili” haqqında xülyaları


 

Müxalifətin ümidsizliyi və “dönüş ili” haqqında xülyaları<b style="color:red"></b>

Azərbaycanda radikal müxalifətin hazırda ən zəif dönəmlərindən birini yaşadığı artıq heç kəsə sirr deyil. Bu reallığı cəmiyyət aydın gördüyü kimi, məlum düşərgədə təmsil olunan əksər siyasətçilər bilirlər. Onlara da yaxşı məlumdur ki, qatı müxalifətin perspektivsizliyi, gələcəklə əlaqədar ümidlərinin qalmadığı danılmaz gerçəkliyə çevrilib. Daxildə yetərli sosial bazanın olmaması ilə yanaşı, xaricdən heç bir havadarlıq görməməsi Azərbaycan müxalifətinin bu arada vəziyyətini ağırlaşdıran başlıca amildir. Əvvəlki dövrlərdə radikal müxalifət təşkilatlarının xaricdəki müəyyən dairələr tərəfindən müxtəlif vasitələrlə dəstəkləndiyi, radikal fəaliyyətlərinə stimul verildiyi məlumdur. Halbuki onda da ölkə ictimaiyyəti arasında qeyri-adi nüfuzu, sanballı elektoratı olmamışdı. Son bir neçə ildə isə sözügedən qüvvələrin ölkə xaricindən dəstək alması minimum səviyyəyə enib, bu da onların hazırki çıxılmaz duruma düşməsilə nəticələnib.

Radikal müxalifətin öz fəaliyyətində dalana dirənməsi, perspektivlərini itirməsinin əsas səbəbi ötən illər ərzində Azərbaycan iqtidarının onu dəstəkləyən ictimai-siyasi qüvvələrin mövqelərinin durmadan güclənməsidir. Ölkədə davamlı siyasi sabitliyin təmin olunması, artan iqtisadi imkanlar, təkcə paytaxtı yox, regionları da əhatə edən hərtərəfli inkişaf hakimiyyətin doğru yolla, ən düzgün siyasi xətlə irəlilədiyini dəfələrlə sübuta yetirib. Bu birmənalı gerçəklik təkcə Azərbaycan xalqı tərəfindən deyil, beynəlxalq dairələr tərəfindən qəbul olunub. Həm ölkə üzrə, həm region dünya miqyasında irəli sürülərək həyata keçirilən iri, səmərəli layihələr, xüsusən neft-qaz, enerji sahəsində atılan mühüm addımlar atılıb. Bu addımlar Azərbaycanı sürətlə inkişaf edən ölkələr arasında irəliyə apardığı kimi, hakimiyyətə sarsılmaz nüfuz, böyük hörmət qazandırıb.

Regional beynəlxalq səviyyədə cərəyan edən proseslər göstərir ki, ölkə iqtidarı bu illər ərzində hər vasitəylə milli dövlətçiliyimizi inkişaf etdirib, gücləndirib. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün siyasi xətt Prezident İlham Əliyevin dövlət başçısı kimi uğurla fəaliyyət göstərdiyi bu müddət ərzində böyük müvəffəqiyyətlə davam etdirilib. Nəticədə, müstəqilliyinin bərpasından cəmi 21 il keçən Azərbaycan dövləti diktə ilə çalışan yox, özü müəyyən şərtləri, tələbləri diktə edən dövlət durumuna qaldırılıb. Bacarıqla istifadə olunan iqtisadi imkanlar hesabına əhalinin rifah halındakı yüksəlmə, həmçinin siyasi-diplomatik sahədə, dünya birliyinə inteqrasiya yolunda əldə olunan nailiyyətlər burada xüsusi rol oynayıb. Təbii ki, müharibə vəziyyətində, torpaqları işğal altında olan ölkəmizdə hərbi sahəyə müstəsna önəm verilməsi, Silahlı Qüvvələrin, hərbi sənayenin davamlı olaraq gücləndirilməsi üçün görülən yüksək səviyyəli tədbirlər bu baxımdan çox əhəmiyyətlidir. Bu sırada Azərbaycanın BMT-, bu qurumun Təhlükəsizlik Şurasında güclənən mövqeyindən tumuş, enerji sahəsindəki yeni möhtəşəm nailiyyət olan TANAP layihəsinə qədər bir çox dəyərli faktlar da qeyd edilməlidir. Qeyri-hökumət sektoru ilə, KİV- əlaqələr sahəsində, ölkədə vətəndaş hüquq azadlıqlarının təmini istiqamətində atılan əhəmiyyətli addımlar isə istər daxildə, istərsə xarici müstəvidə Azərbaycan iqtidarının mövqeyini möhkəmləndirib.

Qeyd olunan bu kimi digər faktorlar qətiyyətlə deməyə əsas verir ki, hələ uzun bir zaman üçün Azərbaycanda hazırkı siyasi kursun, onu ustalıqla həyata keçirən iqtidarın alternativi yoxdur. Bu həqiqəti beynəlxalq dairələr, xüsusən regionla yaxından maraqlanan, burada baş verənləri diqqətlə izləyən ölçüb-biçən xarici qüvvələr aydın dərk etməkdədirlər.

İqtidarın yüksək nüfuzu ilə yanaşı, müxalifət cəbhəsindəki pərakəndəlik, çəkişmələr, xalqın bu düşərgəyə inamsızlığı açıq-aşkar ortadadır. İqtidara müxalif kurs götürsə , konstruktiv fəaliyyətə üstünlük verən, ölkənin inkişafı naminə müəyyən məsələlərdə sağlam mövqe tutan qüvvələrdən fərqli olaraq, radikal kəsimin tam siyasi iflası labüddür. Müxalifətin aqressiv qismi təkcə milli maraqlarla bağlı deyil, düşərgə daxilindəki proseslərdə bir araya gələ bilmir, əsasən ucuz qalmaqallarla, şou-biznes üçün xarakterik olan ajiotajlarla gündəmə gəlir. Yersiz çıxışlar, uğursuz aksiyalar, qeyri-ciddi bəyanatlar bu kəsimin dəyişməz fəaliyyət formalarıdır. Düşərgə daxilində ən adi məsələlərin həllində kəskin fikir ayrılıqları yaranır, ortaq mövqe lazım olan hər bir addımda parçalanma, pərakəndəlik müşahidə olunur. Nəinki ayrı-ayrı təşkilatlar arasında, heç qurumların öz içərisində yekdillikdən söhbət gedə bilməz. Neçə illərdən bəri dəyişməz imiclərinə çevrilən bu vəziyyət onların həmin xalqın, ictimaiyyətin gözündən tamam düşməsinə, həm öncə dəstək, himayə aldıqları xarici dairələrin onlardan imtina etməsinə gətirib çıxarıb.

Bütün bu səsəblərə görə hazırda radikal müxalifətin guyaciddi dönüş ilielan etdiyi, bərbəzəkli xəyallar qurduğu, əslində isə özünün daha bir sarsıdıcı, rüsvayçı məğlubiyyətə uğrayacağı 2013- ilə Azərbaycan dövləti hakimiyyəti, onun əsas dayağı olan xalqımız sadəcə növbəti prezident seçkiləri ili kimi baxır. İqtidarın bu təmkini həm özünə inamından, həm xalqın dəstəyinə əminliyindən irəli gəlir. 

 





11.12.2012    çap et  çap et