525.Az

Bakı Slavyan Universitetində akademik Ramiz Mehdiyevin məqaləsi müzakirə olunub


 

Bakı Slavyan Universitetində akademik Ramiz Mehdiyevin məqaləsi  müzakirə olunub<b style="color:red"></b>

Gülnarə Fəxrəddinqızı
Filologiya üzrə fəlsəfə doktoru

Bakı Slavyan Universitetinin İctimai Siyasi Elmlər İnstitutu (virtual) Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin Şah İsmayılın siyasi fəaliyyətini əks etdirənŞah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimiadlı məqaləsinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib.  Tədbirdə BSU-nun müəllim-professor heyəti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarından mütəxəssislər iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, prof. K.M.Abdullayev akademik R.Mehdiyevin yazdığı məqaləni fundamental məsələləri əhatə edən, təkcə öz mövzusu ilə məhdudlaşmayan geniş mənəvi məkanlara çıxış üçün imkan verə bilən bir məqalə kimi qiymətləndirdi. Rektor bildirdi ki, məqalənin əhəmiyyətini yalnız Şah İsmayıl Səfəvi ilə məhdudlaşdırmaq düzgün olmazdı, o bizim XVI əsrdə mənəvi varlığımızın güzgüsü kimi dəyərləndirilməlidir: “Akademik Ramiz Mehdiyev hər zaman olduğu kimi, bu dəfə son dərəcə dəqiq, uzaqgörən fikirləri ilə bizləri düşündürür. Bu məqamda akademik R.Mehdiyev vətənini, millətini, tarixini, mədəniyyətini sevən vətənpərvər kimi göz önündə canlanır. Məqalə təkcə tarixin, ədəbiyyatın içindən deyil, eyni zamanda həmin XVI  əsrdən bugünkü ictimai müstəviyə verilən ismarışları ilə diqqətəlayiqdir”.

Siyasi xaos birliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti əməlləri, dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşar olduğunu qeyd edən akademik Ramiz Mehdiyev məhz belə dövlət xadimlərinin zəkası istedadı sayəsində millətin öz müstəqilliyinə suveren dünyagörüşünə nail olduğunu vurğulayır. Bu fikrin davamı olaraq prof. Kamal Abdullayev onu da qeyd etdi ki, Ramiz Mehdiyev Heydər Əliyev ideyalarının müasir azərbaycançılıq ideologiyasının həyata keçirilməsində öndə gedən alimlərdən, dövlət xadimlərindən biridir. Bu məqalənin yazılışı həm nəzəri boşluğu, həm Şah İsmayıl Xətai kimi tarixi şəxsiyyətlərlə bağlı praktik boşluğu doldurur. Xüsusilə, Şah İsmayılın Heydər Əliyevin öz dövrləri üçün etdiklərini paralel şəkildə müqayisə edərkən məqalənin ideoloji qatı bir daha göz önündə açılır. Mən çox sevinirəm ki, bizim dövlətçiliyimizin rəhbərliyində bu cür nəzəri fikir ilə praktik fikri birləşdirən, dünyagörüşü, elmi intuisiyası, eyni zamanda elmi üslubu ilə dəqiq bir yolla gedə bilən şəxsiyyət var. Orta əsrlər Azərbaycan tarixini, dilini, ədəbiyyatını, mədəniyyətini dərindən bilmədən, qədim, müasir tarixi mükəmməl şəkildə öyrənmək olar, orta əsrlərdən retrospektiv şəkildə keçmişə gələcəyə çıxış mümkündür. Əgər Nizami, Nəsimi, Füzuli ədəbiyyatımızın renessansıdırsa, orta əsr dövlətçiliyinin renessansı isə məhz Şah İsmayıl Səfəvidir. Bu məqalə bizi öz milli mənəvi dəyərlərimizi bir vətənpərvər kimi yenidən əxz etməyə, dərk etməyə çağırır”.

Prof. K.M.Abdullayev həm İranda, həm Türkiyədə, hətta bəzən Azərbaycanda Şah İsmayılla bağlı müxtəlif qərəzli fikirlərə, Səfəvilər dövlətinin yaradılması tarixinin heç həmişə düzgün ciddi elmi meyarlarla təqdim edilmədiyinə öz mövqeyini qəti şəkildə göstərən akademik Ramiz Mehdiyevi həmin fikirlərə münasibətində elmi etikanın ifadəçisi nümunəsi kimi gördüyünü vurğuladı.

Tədbirdə çıxış edən dos. Ə.Əhməd, prof. E.Nəcəfov, dos. C.Beydullayev, t.ü.f.d. S.Talıblı, F.Həsənov digərləri məqalənin elmi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyətinin vacibliyini bir daha söylədilər.

Məruzəçi Əsgər Əhməd məqalədə haqlı olaraq iki məsələyə diqqət yetirildiyini bildirdi. Bunlardan birincisi milli şüurun inkişafında etnik kimliyin dərk olunmasında tarixiliyin rolu məsələsidir, ikincisi millətin tarixinə konseptual yanaşmadır. Çünki tarix elmi həmişə siyasətlə bağlı olan ictimai şüurun manipulyasiyasında çox vacib alətlərdən biridir. Digər tərəfdən tarixi keçmişlə bağlı pis cəhətlərin qabardılması natamamlıq kompleksinin yaranmasına gətirib çıxarır.

Prof. Etibar Nəcəfov Ramiz Mehdiyevin məqaləsində əks olunan fəlsəfi ideyalara toxunaraq qeyd etdi ki, hər bir xalqın tarixi onun mədəniyyətinin tərkib hissəsidir. Tarixin inkişafında böyük şəxsiyyətlərin rolu əhəmiyyətlidir. Böyük şəxsiyyətlərin gördükləri işlər, onların irəli sürdükləri ideyalar xalqın inkişafına xidmət edir. Ona görə , hər bir xalq öz tarixi şəxsiyyətlərinin irsinə mədəniyyətinin dəyəri kimi yanaşmalı, onu qorumalıdır. Əks halda ona mənsub olan tarixi şəxsiyyətlər başqa xalqlar tərəfindən mənimsənilir.

Akademik R.Mehdiyev Səfəvilər dövlətinin yaradılması tarixinin heç həmişə düzgün ciddi elmi meyarlarla təqdim edilmədiyini vurğulamışdır. Eyni zamanda bu problemi işıqlandırmaq məsuliyyətini öz üzərinə götürən bəzi müəlliflərin baxışlarının bir çox hallarda qərəzli subyektiv xarakter daşıdığını bildirmişdir. Məhz bu fikir ətrafında müzakirə aparan iştirakçılar da onu xüsusi vurğuladılar ki, “Azərbaycan tarixinin şanlı səhifələri təhrif olunmamalıdır!”.

Bu fikrə münasibətini açıq şəkildə bildirən prof. Etibar Nəcəfov qeyd etdi ki, akademik Ramiz Mehdiyev Şah İsmayılın timsalında Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin fəaliyyətinə obyektiv qiymət verməyin zəruriliyini göstərir. Məhz belə şəxsiyyətlərin fəaliyyətləri, onların vətən uğrunda gördükləri konkret işlər  xalqımızın adət-ənənələrinin formalaşmasının mühüm səbəblərindən biridir xalqımızın gənc nəslinin tərbiyəsində mühüm rolu vardır. Bununla belə qeyd etmək lazımdır ki, Şah İsmayıl kimi xalqımızın parlaq nümayəndələrinin gördükləri işlərin əhəmiyyətini görməyən ya görmək istəməyən kəslər belə şəxsiyyətlərin rolunu kiçildirlər, onların buraxdığı kiçik səhvləri şişirdərək onların əsas tarixi rolunu nəzərdən çıxardırlarRamiz müəllim bu məqalədə haqlı olaraq bu cür yanaşmanıdüşmən dəyirmanına su tökməkkimi xarakterizə edir.

Fərid ƏləkbərlininŞah İsmayıl. Şair, qəhrəman, yoxsa təriqəçi?” sərlövhəli məqaləsindəki nöqsanları, Güntay GəncalpınSəfəvilərkitabındakı ciddi təhrifləri, İsgəndər PalanınŞah ve Sultanromanındakı Şah İsmayıl şəxsiyyəti haqqında fikirləri böhtan təhqir hesab edən dosent Cavanşir Beydullayev akademik Ramiz MehdiyevinŞah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimiməqaləsini həmin yazarlara ən tutarlı cavab olduğunu bildirdi.

AMEA Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin əməkdaşı t.ü.f.d. Sübhan Talıblı məqalənin əhəmiyyətini qeyd etməklə yanaşı, həm bu araşdırmanın Azərbaycanın dövlətçilik tarixi salnaməsi üçün son dərəcə önəmli olduğunu bildirdi. Məruzəçi eyni zamanda həmin dövrlə bağlı Səfəvilər dövləti haqqında İran, İngiltərə, Türkiyə Venesiyadakı əlyazmalara yenidən baxılmasını qarşımızda duran vəzifələrdən hesab etdi. O, həmin dövrlə bağlı bir sıra məsələlərAşıq məclisi, Divan, ordu, Səfəvilərin diplomatik yazışmaları, dil məsələsi, yazdığı şeir divanlar, həmin dövrə aid Azərbaycanda bir sıra xarici ölkələrdəki bütün tarixi mədəni abidələrin qorunması bərpası, farsdilli ədəbiyyatın tədqiqi, Şah İsmayıl Xətainin siyasi, ictimai dövlət mədəniyyət xadimi kimi fəaliyyətinin öyrənilməsi, xüsusilə Ş.İ.Xətainin qeyd etdiyi kimiQılıncda tapa bilmədiyim qüvvəti qələmdə tapdım s. kimi məsələlər yenidən araşdırılsa, dövlətçiliyimiz üçün faydalı nəticələr əldə edəcəyimizə inandığını bildirdi.

Tədbirdə çıxış edən  BSU-nun əməkdaşı Fuad Həsənov məqalənin vacibliyini vurğulayaraq qeyd etdi ki, tarixi şəxsiyyətlərimizi araşdırmaqla gələcək nəsli tərbiyə edirik. İdeyalarımız mədəniyyətimizin tərkib hissəsidir. Faktlara əsaslanaraq digər ölkələrlə müqayisə imkanı əldə edirik. Ona görə Azərbaycan xalqının tarixi keçmişi canlandırılmadıqca digər xalqların istismarına məruz qalacağıq. Bu baxımdan akademik Ramiz Mehdiyevin Səfəvi dövləti Şah İsmayıl Xətai ilə bağlı mətbuatda dərc olunan məqaləsində olduqca aktual vacib məsələlərə toxunulmuşdur. Məqalədə öz əksini tapan məsələlər obyektiv şəkildə işıqlandırılmışdır. Qeyd edildi ki, Səfəvi dövləti Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur. Eyni zamanda, o dövrün beynəlxalq münasibətlər sistemində qüdrətli bir dövlət kimi çıxış edir. Səfəvi dövləti dövründə Azərbaycan mədəniyyəti çiçəklənmə dövrü keçirmişdir. Ona görə həmin dövrün öyrənilməsi təbliği zəruri məsələlərdəndir.

Tədbirin sonunda bu mövzunun fakültə elmi şuralarında müzakirə olunması, eyni zamanda  BSU-nun Elmi əsərlərinin xüsusi buraxılışının məhz bu məqalədən irəli gələn məsələləri özündə əks etdirən məqalələr toplusunun hazırlanması nəşr olunması qərara alındı.

 





11.12.2012    çap et  çap et