525.Az

“Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil”


 

“Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil”<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının xarici işlər nazirinin müavini və dövlət katibi İv Rosyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
XİN mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlərdən məmnunluq ifadə olunmuş və  ölkələr arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
 
Nazir Elmar Məmmədyarov İsveçrəli rəsmiyə regional enerji layihələri haqda məlumat vermiş və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu haqda danışıb.
 
Ermənistan Azərbaycan münaqişəsi haqda qonağa məlumat verən nazir Elmar Məmmədyarov, mövcud status kvonun dəyişdirilməsinin vacibliyini vurğulayıb. Münaqişənin həlli üçün ilk növbədə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının zəruriliyi bildirilib. Nazir Elmar Məmmədyarov danışıqların danışıqlar xatirinə deyil, nəticənin əldə olunması üçün aparılmasının əhəmiyyətini xüsusilə qeyd edib. Nazir onu da bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması münaqişənin həlli üçün geniş imkanlar yaradacaq. Münaqişənin dondurulmuş olmadığını bildirən nazir Elmar Məmmədyarov, regionda sülhün təmin olunması üçün münaqişənin həlli istiqamətində ciddi işlərin görülməsinin əhəmiyyətini qeyd edib.
 
Görüşdə etimad tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinin vacibliyi qeyd olunub, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu vurğulanıb.

 





11.12.2012    çap et  çap et