525.Az

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib


 

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda sabiq prezident Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Bu gün hökumət üzvləri dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər.

Qeyd edək ki, səhər saatlarından paytaxt sakinləri Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edir, mərhumun xatirəsini ehtiramla yad edirlər.

Bu gün Heydər Əliyevin vəfatından 9 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

 





12.12.2012    çap et  çap et