525.Az

Nazirliklər məktəbliləri muzeylərə aparacaqlar


 

Nazirliklər məktəbliləri muzeylərə aparacaqlar<b style="color:red"></b>

Dünya mədəni ictimaiyyəti hər il mayın 18-ni Beynəlxalq Muzeylər Günü kimi qeyd edir.

Modern.az-ın məlumatına görə, 2015-ci il 18 May tarixi üçün Beynəlxalq Muzeylər Şurası (İKOM) “Muzeylər və cəmiyyətin davamlı inkişafı” mövzusunu seçib. May ayının 12-18-dək Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının himayəsi altinda, Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyin tarixi, etnoqrafiq mədəni ekspozisiyası barədə məktəblilərin ekoloji maarifləndirilməsi məqsədilə “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramı keçiriləcək.

Tədbirin əsas məqsədi ölkənin aparıcı muzeylərinin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafiq aspektləri ilə məktəblilərin tanış edilməsidir.

Tanışlıq zamanı eko-etnoqrafiq əlaqələrə xüsusi diqqət yetirilərək muzeylərin kolleksiya fondunda olan əsərlərdə insanla ətraf mühit arasında tarixi münasibətlər öyrəniləcəkdir. Bu gün Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir, eyni zamanda “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramının təqdimatı keçiriləcək.

Tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Birinci Katibi Günay Əfəndiyeva, Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, Nazirlər Kabineti yanında “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev və digər rəsmi nümayəndələr iştirak edəcəklər.

 





12.05.2015    çap et  çap et