525.Az

Bakıda minik maşını işıq dirəyinə çırpıldı, yaralılar var


 

Bakıda minik maşını işıq dirəyinə çırpıldı, yaralılar var<b style="color:red"></b>

Bakının Nərimanov rayonunda “Mercedes” markalı minik avtomobili işıq dirəyinə çırpılıb. 

525.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü və sərnişini xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 00:33 radələrində başa çatıb.

 





12.12.2012    çap et  çap et