525.Az

Ağdamda ailə faciəsi: bacı və qardaş öldü - YENİLƏNİB


 

Ağdamda ailə faciəsi: bacı və qardaş öldü -<b style="color:red"> YENİLƏNİB</b>

17:00
Ailənin daha 5 üzvü xəstəxanaya yerləşdirilib

Bu gün Ağdam rayonunda qidadan zəhərlənən ailənin daha bir üzvü dünyasını dəyişib. Ağdam rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, ağır vəziyyətdə Ağcabədi rayon Xəstəxanasına yerləşdirilmiş 1995-ci il təvəllüdlü Sayalı İsmayılova Bakıya aparılarkən yolda ölüb.

1968-ci il təvəllüdlü İsmayılov Məhəddin Hüseyn oğlu, onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmayılova Tərlan Həsən qızı, qızı - 1991-ci il təvəllüdlü Dürdanə İsmayılova, oğlanları - 1994-cü il təvəllüdlü Xaləddin İsmayılov və qohumu 1962-ci il təvəllüdlü Kərbəlalıyev Arzuman İnşallah oğlunun vəziyyəti isə ağır olaraq qalır.

11:13
Bu gün Ağdam rayonunda bir ailə qidadan zəhərlənib.


Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Mirzəli yatağı kimi tanınan ərazidə məskunlaşmış Şuşa rayonundan məcburi köçkün olan İsmayılov Məhəddin Hüseyn oğlu, onun qızı İsmayılova Səyalı, oğlanları Xaləddin və Seyfəddin ağır vəziyyətdə Ağcabədi rayon xəstəxanasına yerləşdirilib. Onlardan Seyfəddin İsmayılov xəstəxanaya daxil olduqdan az sonra keçinib. Ata, qızı və digər oğlunun isə vəziyyəti ağırdır.

İlkin məlumata görə, ata və övladları dekabrın 11-də axşam saatlarında yeməklə birgə pomidor turşusu yeyib. Onlar elə həmin pomidordan zəhərlənib.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

 





12.12.2012    çap et  çap et