525.Az

“Rusiya diplomatik yolla bildirdi ki, artıq 20 deyil, 10 azərbaycanlını oxudacaq”


 

“Rusiya diplomatik yolla bildirdi ki, artıq 20 deyil, 10 azərbaycanlını oxudacaq”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Rusiya ali məktəblərinə bakalavriat səviyyəsi üzrə qəbul olunmuş 20 azərbaycanlı gəncin 10-u ölkəyə geri qaytarılıb.

525.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə deyib. TQDK təəssüflə bildirib ki, Rusiyanın maddi imkanı yalnız 10 nəfəri qəbul etməyə imkan verib: “Onlar TQDK-dan bu yerlərin sayının azaldılmasını xahiş etdilər. Biz onları topladıqları ballara uyğun olaraq Azərbaycanın ali məktəblərinə yerləşdirdik və əmrlərini verdik. Rusiya diplomatik yolla bildirdi ki, artıq 20 azərbaycanlını deyil, 10 azərbaycanlını oxudacaq”.

M.Abbaszadə vurğulayıb ki, Rusiya ali məktəblərinin magistraturalarına qəbul olunmuş 2 nəfər də ölkəyə geri qaytarılıb. Komissiya sədri deyib ki, TQDK Heydər Əliyev Fondu ilə birlikdə Litva ali məktəblərinə azərbaycanlı tələbələrin qəbulunu aparıb. Həmin ölkənin ali məktəblərinə 15-dək azərbaycanlı qəbul olunub. Amma həmin şəxslər dövlət hesabına deyil, öz hesablarına təhsil alacaqlar. Heydər Əliyev Fondu həmin tələbələrə maddi dəstək göstərir.

S.QARAYEVA
  

 





14.09.2012    çap et  çap et