525.Az

Səhiyyə Nazirliyi Yeni il hədiyyələri satanlara xəbərdarlıq edib


 

Səhiyyə Nazirliyi Yeni il hədiyyələri satanlara xəbərdarlıq edib<b style="color:red"></b>

Səhiyyə Nazirliyi Yeni il ərəfəsində satılan hədiyyələrə nəzarət məqsədilə yoxlamalar aparacaq.

Bu barədə APA-ya açıqlama verən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib ki, yoxlamalar zamanı daha çox uşaqlara satılan hədiyyələrdəki qidaların təhlükəsizlik qaydalarına diqqət yetiriləcək. Onun sözlərinə görə, əsasən qidaların istifadə müddətinin bitməməsi və köhnə olmamasına diqqət yetiriləcək: “Yoxlamalar daha çox hədiyyə satılan və paylanan yerlərdə aparılacaq. Bu yoxlamalara dekabrın 20-25-dən başlanacaq və proses yanvarın ortalarına kimi davam edəcək”.
 
Bununla əlaqədar mərkəzin müvafiq şöbələrinə tapşırıqlar verildiyini deyən İ.Abdullayev Yeni il hədiyyələri satanlara da xəbərdarlıq edib. Onun sözlərinə görə, hər hansı bir neqativ hala yol verən sahibkarlar müəyyən məbləğdə cərimələnəcəklər.

 





12.12.2012    çap et  çap et