525.Az

Putinin Azərbaycan əsilli səlahiyyətli nümayəndəsi NTV-də döyüldü (VİDEO)


 

Putinin Azərbaycan əsilli səlahiyyətli nümayəndəsi NTV-də döyüldü<b style="color:red"> (VİDEO)</b>

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan əsilli səlahiyyətli nümayəndəsi Eduard Bağırov döyülüb.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, olay NTV telekanalının “Sonuncu söz” proqramının çəkilişi zamanı baş verib.

Proqramda iştirakçı olan rus millətçisi İvan Mironov çəkilişi zamanı “Çemodan-Azərbaycan – görüşənədək!” ifadəsini dilə gətirib. Bu, Eduard Bağırovu bərk qəzəbləndirib və o, Mironova iradını bildirib. İvan Mironov isə Eduard Bağırovun üzərinə atılaraq onu döyüb.
Məlumata görə, Rusiya Teleradio Şurası NTV telekanalına proqramı yayımlamağa qadağa qoyub.

Qeyd edək ki, Eduard Bağırov geniş səs-küyə və müzakirələrə yol açmış “Qastarbayter” romanının müəllifidir.

 





12.12.2012    çap et  çap et