525.Az

Adamyeyən 9 bomju öldürdü, ikisinin ürəyini yedi


 

Adamyeyən 9 bomju öldürdü, ikisinin ürəyini yedi <b style="color:red"></b>

Rusiyanın Penza vilayətində tükürpədici hadisə baş verib.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 23 yaşlı gənc kannibal yaxlanıb. Belə ki, adı açıqlanmayan gənc 9 bomju qətlə yetirərək, onlardan ikisinin ürəklərini yeyib.

O, törətdiyi qətllərə əvvəlcədən hazırlaşıbmış: məşhur silsilə qətllər törədən qatillərin bioqrafiyasını öyrənib, silah seçib, izləri itirmək yollarını müəyyən edib və evsizlərə hücum planı hazırlayıb.

Tədqiqatların nəticəsinə görə, onda spirtli içki düşkünlərinə, səfil həyat tərzi keçirəninsanlara qarşı neqativ münasbət formalaşıb. O, qətlləri 2009-2011-ci illər arasında törədib. Yaxın günlərdə işin yekunlaşaraq məhkəməyə göndəriləcəyi planlaşdırılır

 





12.12.2012    çap et  çap et