525.Az

Havalar kəskin soyuyacaq


 

Havalar kəskin soyuyacaq<b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən xəbərə görə, havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.
 
Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.
 
Dekabrın 13-də axşamdan ölkə ərazisində hava şəraitinin soyuyacağı, 14-dən 18-dək temperaturun 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.
 





12.12.2012    çap et  çap et