525.Az

Ölümə tələsən adamın murazı


 

Ölümə tələsən adamın murazı<b style="color:red"></b>

Aslan Kəmərlinin 70 illiyinə

Rüstəm  KAMAL

Azərbaycanın  qeyrəti-milliyə  şairi  Aslan  Kəmərlidə  yurd  sevdası  sadəcə  ənənəvi  ritorika  deyildi, məfkurə-əməl  aktı, fəaliyyət  növü  idi. O,  bu  sevgini  mücadiləsi, əməli, işilə   təsdiqləmiş şairlərimizdən  biridir.

Vətənin ağır, dar  günlərində  eldən-obadan  ayağını  çəkmədi, Qazax  mahalının  qeyrətli  oğullarını, böyük  ziyalılarını  başına  yığıb  bu  yöndə  işləri  sistemli hala salmaq   üçün əsgərlərimizə, camaata  mənəvi  dəstək  vermək  üçün, mümkün qədər silah-sursatla  təmin  etmək  üçün  Qazax  Xeyriyyə  Cəmiyyətini yaratdı.

Onun  sözünün  mübtədası-xəbəri  Qılınckəndi  idi. Qılınckəndi onun mifik vətəni-Makondası  idi.

Dar  günündə  görünmüşəm,

Salam, Qılınckəndi, salam!

 Qılınckəndi  Kəmərli  kəndinin  yuxarı  başının  adıdır. O  Qılınckəndi  ki, sadəcə  Aslan  Kəmərlinin  doğulub  boya-başa  çatdığı  yerin  adı  deyil, xatirələrinin qutsal   məkanının  adıdır.

Aslan  Kəmərli  özünü  bir  sosial  statusda-oğul  statusunda görürdü, təhtəlşüurunda oğul  obrazını yaşadırdı.. Vətənə  ürəklə    qətiyyətlə : “Önündə  baş  qoyan  oğlunam  sənin!”,   deyirdi.

Kənddəki  yeddi  dəyirmanı  yeddi  oğula  bənzətməsi bu düşüncədən gəlirdi: “Yeddi dəyirman-yeddi oğul idi”.

Qəribədir: onun  ünsiyyət  dünyasında  daha  çox  ana-oğul  arxetip  modeli (M. Arazda  ata-oğul  modeli) gerçəkləşir.

Beləcə  yolları  gözüylə  yoran,

Beləcə  həsrəti  əridən  anam.

Başı zirvəli  dağ, ətəyi  aran

Dağları  arana  gətirən  anam..

Aslan  Kəmərli  dünyanın  ağlığına, saflığına  inanırdı  ən  çox  ay işığına  tapınırdı.İşıq (ay işığı,dan yerinin işığı) könül  dünyasının  zərifliyinin  işarəsi  idi.                               

  rəngə  bürünüb  bütün  yer  üzü,

Bəyaz  don  geyinib  yerin  zər  üzü.

Klassik  psixoanalizdə (freydizimdə) su ilə qadının  assosiativ  əlaqəsi    həyatda  gerçəkləşməyən  analıq  obrazının  simvolik  ifadəsidir. Aslan  Kəmərlidə    həmin  məna  təqdim  olunur.

Bir  payız  axşamı

göl  kənarında

o qız  özü  boyda  bəyaz  qar  idi.

Onun  şeirlərində    çiçək qadın ismətinin simvoludur:

Ay  ömür  sirdaşım,

üzüağlığından

Silkinib, çalxanıb  gözlərin  sənin.

Bəlkə payızda doğulduğu üçündür  ki,  Aslan  Kəmərlini irrasional başlanğıc su  stixiyası ilə-yağışla, nəmişliklə  bağlayırdı.

Bir payız  axşamı...

Ulduz görünmür.

Yağır...

Çiçək-çiçək gölə iz düşür.

yaxud

Budaqdan  süzülür  damcı-damcı  su,

Hər  yarpaq  üstündə  bir  ulduz  yanır.

Dərənin  istəyi, dağın  arzusu

Buluddan  nəmlənir, çəndən  islanır.

Dolu  ona  Misrisaz  havasını  xatırladırdı.

Dolu  bu  meşəni  döyəcək  indi,

Ay  aşıq, “Misridən  Sarıtelə  keç.

  yağış-  cığır,   karvan  yolu kimi obrazlar  Aslan  Kəmərlidə   bu  məna  çevrəsinin  içində  olurdu.    yağış  əslində  işığın başqa  bir  ifadəsidir, başqa  bir  formasıdır:

  yağış  altında  çimir    söyüd,

  söyüd  mırlanar, şəfəqlənərmiş...

Onun  yağışına  metamorfoza (çevrilmə) xasdır, yəni yağış  çiçəyə dönür, ulduza  çevrilir:

Pəncərənin  önündə  yağır    yağış,

  yağış  torpaqda  çiçəyə  dönür.

Onun  üçün  ay  işığının    yağışla  eyniləşməsi  onun  könül  dünyasının  işarətləri  idi. Onun ay işığına  sevgisi, fikrimcə, yuxular səltənətinə bağlılığından  gəlirdi:

Çəhlimə  iz  düşdü-izlər  qoşadı,

Parladı  nur  kimi  ay  işığında.

Uşaqlığın əziz  bir  xatirəsi-anasının  çuvala  and  içməsi    həmin  halallığın    təmizliyin  ifadəsi  deyilmi?

Aslan  Kəmərli  predmetlərə, nəsnələrə məna verirdi.Onlar şair üçün sadəcə etnoqrafik simvollar deyildi, tərcümeyi-halı  olan, keçmişi    bu  günü  olan  canlı  varlıqlar  idi. Kərəntinin, qoşa  dəyirmanın  taleyini ürək ağrısı ilə insan  taleyi  kimi  danışırdı:

Köçdən  sonra  yurdda  qalan

Qara  ocaq  daşısanmı?

Yoxdur  daha  sənin  anan,

Qoşa  dəyirman.

Lehrələrin  içində  şəfəq  saçan”, “dodağına  çiyələyin  ətrini  hopdurankərəntinin yaşam obrazı da   belədir:

Pas  tutardı  ağzını,

Yağış  yağır, qar  döyür.

Yanındadı  zindanı,

Yanındadı  bülövü.

Aslan  Kəmərli  ömrü boyu  baş  tutmayan, arzuladığı  görüşlərdən  yazdı. Şair həyatının mənası sanki görüşlərdən ibarət idi. Onun yaddaşında görüş-gözləmə  məqamlarının ayrıca yeri var idi.Şeirlər məhz bu görüşləri yuxu kimi danışmaq üçündür.

Gedək  o  yerlərə, yenidən  gedək,

Durma  iki  yolun  ayrıcında  sən.

Qəribədir: Aslan  Kəmərlidə  bütün  görüş  məqamları  iki  dünyanın  simvolik  sərhədində (dan vaxtı,  yolayrıcı, doqqaz...yuxu-gerçəklik) baş  verir.

Bəlkə    quş  idin,

Bəlkə    mələk,

Yenə    fırlanırsan dövrəmdə  mənim.

Bəlkə    yuxudu,

Bəlkə    gerçək,

Bəlkə  ömrümüzdə  görüşməmişik.

O  nədənsə  həmişə  gözləyənlərin  obrazını  yaradırdı: “Qatarı  gözləyən  sərnişin  kimi.Oturub  divanda  mürgüləyirsən”.

 Qayıtmaq onun  tale  mətnində əsas süjet xəttidir,  qaranlıqdan  işığa, payızdan yaza  dönüş  kimi  düşünülür.

Qayıtdım  ömrümün  bəyaz  çağına,

Bu  yer  başdan-başa  nurdu-işıqdı.

Payızdan  dönmüşəm  bu  yaz  çağına,

Çiçək  yaraşıqdı, daş  yaraşıqdı.

yaxud

Uyusun  toranlıq  süd  qoxusunda

Ürəkdən  ürəyə işıq  ələnsin.

Qayıdaq  obaya  dan  yuxusunda

Qayıdaq, gözümüz  nura  boyansın.

Elə  şeir  kitabının  adı  da  təsadüf  seçilməmişdi-“Obamıza  yönüm  düşüb”. Burada  şeirlərin  mövzusu  da, fəlsəfəsi    qayıtmaq, görüşmək  həsrəti ilə  bağlıdır.

Aslan  Kəmərlidə  həsrət  sadəcə  sentimentallığın, duyğusallığın  ifadəsi  deyildi, yaşamının  havası, ömrünün  dəyər  mənası  idi. Onun  Vətən  sevgisinin  mayasında  dururdu.

Ondan  ötrü  Nazim  Hikmət  ömrü    həsrət  yükünün”, qürbət-qəriblik  mayasının  təcəssümü  idi. Bəlkə  ona  görə    şairə  həsr  etdiyi  əsərin  I  hissəsi  Həsrətadlanırdı? “Nazimin  həsrət yükü.Qədim ceviz  ağacı”.  Nəziha  Arazın  sözlərini  epiqraf  gətirir: “Başı  sağ  çiyindən  sol  çiyinə  döndərmək    qürbətdir”.      

O  özünü  Kəmərlidən, Qılınckənddən, anasından  ayrı  Bakıda  qürbətdə  bilirdi. Axır  ki, murazına  çatdı-qərib  ruhu  Vətənin  göylərində  dolaşır.

Eləmuraz  Arazsözlərini  qafiyələndirməsi    həmin  həsrət  duyğusunun  məntiqi  nəticəsi  idi.

Toxunma  Araza, Araz  murazdı,

Həsrətə  özümüz  qol  çəkən  olduq.

  Vətən  sevdalısı  bu  böyük  türk  oğlu  inanırdı  ki, bir  gün  gələcək, həsrətlər  bitəcək, “bahar  soraqlı  yellər   Təbrizdən  müjdə  xəbərini  gətirəcək.

Çiçəyi  burnunda  bir  murazım  var,

Bir  xəbər  yetirin  yollar, a  yollar.

Yuxusunun  çin  olacağına, bu qovuşmanın-bu  görüşün  qaçılmaz  olduğuna  inanırdı:

Layla  Araz, a  layla,

Sil  yaramı, qalayla.

Qan  görmüşəm  yuxuda

O  sahili  harayla.

Sonda  Aslan  Kəmərlinin  şeirləri  ilə  bağlı  bir  mistik  yozumumu  deyim: Aslan  Kəmərlinin  qəzavü-qədəri  özünə  əyan  olmuşdu.

Öz  tale-qədərindən  xəbəri  varmış  kimi, qaraçıdan  ona  doğru  xəbəri  söyləməsini  xahiş  edir:

Sənə  əl  açmağım  bir  bəhanədir,

Fələk  özü  baxıb falıma  mənim.

Aslan  Kəmərliyə  şeirlərində  ölümün  əyan  olması  bu  qədər  təsadüf  sayıla  bilməzdi. “Aldat  anamı, qaraçışeirində  deyirdi:

Sən  de  ki, Aslanın  ömrü  uzundu,

Səadət  yolunun  üstündə  durub.

Önündə  təhlükə  əsdi, uçundu,

Sevinci  kədərin  qəsdində  durub.

Təsadüfi  deyil  ki, ölümə  tələsməsi  motivi  Ölümdən  o  yanapoemasında  magik söz  kimi  səslənirdi:

Başına  döndüyüm, a  Qılınckəndi,

Amandı, qoynuna  tez  apar  məni.

Bir süjetli  şeirində  ölümə  tələsən  adamın  tale  obrazını  yaradıbdır. Şeir  elə  belə    adlanır-“Tələsən  adam”. Tələsən  adam-özüydümü?

Gözlədi  ölümü, o  da  yubandı.

Dedi  ki, vaxta  var, tələsmə  bir  az:

Daha  inanmıram, gəlməz, yalandı,

Ölümü  bu  qədər  gözləmək  olmaz.

Dediyi  kimi    oldu-canı  qədər  sevdiyi, torpaqları  uğrunda  mücadilə  aparan  türk  şairi  Aslan  Kəmərli  Qılınckəndin  qoynuna  tələsdi. Çünki  qəti  inanırdı  ki:

Yenə  yaşıl  çiçək  olub

Bu  qara  torpaqdan 

göyərərəm  mən.

 





12.12.2012    çap et  çap et