525.Az

"Dinin təhqir olunması azadlıq deyil"


 

"Dinin təhqir olunması azadlıq deyil" "Dünya müsəlmanlarına bir daha xatırladıram ki, bu çox ciddi təhrikdir"

525.az-ın xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan müsəlmanları təhqir edən "Müsəlmanların məsumiyyəti" filmi haqqında deyib.

Krımda keçirilən Yalta Avropa Strategiyasının illik toplantısında iştirak edən Ərdoğan islam dəyərlərinin təhqir olunmasının ifadə və inanc azadlığı kimi qələmə verilməsinin doğru olmadığını bildirib. "Bu film açıq-aşkar təxribat və düşmənçilikdir. Dünya müsəlmanlarına bir daha xatırladıram ki, bu çox ciddi təhrikdir. Bu təhrikə qarşı güc göstərənlər də müsəlmanlara qarşı təxribat aparır"

ABŞ dövlət katibi Hilarri Klinton isə bu filmlə əlaqəsi olmadıqlarını, ordakı mesajları da dəstəkləmədiklərini bildirib: "İyərnc və qınanılmalı film olsa da, biz amerikalıların fikirlərini ifadə etməsinə mane olmayacağıq"
 





14.09.2012    çap et  çap et