525.Az

Kəlməbaz- 5-ci yazı


 

Kəlməbaz- <b style="color:red">5-ci yazı</b>

Robot

 

İyirminci əsrin məşhur çex yazıçısı Karel Çapek 1920-ci ildəR.U.R.” (“Rossumun Universal Robotları”) elmi-fantastik pyesini nəşr etdirərkən əslində, dünyəvi lüğətə yeni söz ərmağan edəcəyindən bixəbərdi. Pyesdə hadisələrrobotadlısüni insanlaristehsal edilən zavodda baş verirdi. Zahirən insanlardan fərqlənməyən burobotlar əslində, müasirandroidməfhumuna daha yaxın idilər. Pyesdə insanlara xidmət etməkdə həvəslirobotların bir müddət sonra insanlara qarşı üsyanı təsvir edilirdi.

K.Çapekin sözlərinə görə, “robotsözünü özü deyil, rəssam qardaşı Yozef Çapek ixtira etmişdi. O, əvvəlcə məxluqları latıncaişçilərmənasını ifadə edənlaboriadlandırmaq istəyir. Amma bu kəlmə könlünə yatmır məsləhət üçün qardaşına müraciət edir. Yozef Çapek isə çex dilindəağır mənasındakırobotasözündənrobotkəlməsini uydurur.

Sonradanrobotsözü məşhurlaşır əvvəlcədən verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirən maşınlararobotadı verilir.

 

 

Argentina

 

1515-ci ildə Cənubi Amerikanın cənub sahillərində Uruqvay Paraqvay çaylarının mənsəbində portuqaliyalı səyyah gəmiləri qəzaya uğrayan zaman xilas olmuş səyyahları yerli tayfalar qəbul edir onlara gümüş əşyalar həddiyyə edərək Avropaya yola salırlar. Bu hadisədən sonra indiki Argentinada böyük gümüş yataqlarının olduğu şayiəsi bütün Avropaya yayılır çayların mənsəbi Rio de la Plata (ispancagümüş çay”) gümüş yataqlarının yerləşdiyi ehtimal olunan dağ isə Sierra de la Plata (ispancagümüş dağ”) kimi məşhurlaşır.

Tezliklə gümüş tapıb varlanmaq məqsədilə buraya çoxlu sayda avropalı səyyahların axını baş verir. Bu torpaqlar beləcə Tierra Argentina (ispancaGümüş yurdu”) adını qazanır daha sonra qısalaraqArgentinakimi tarixə düşür.

 

Xuliqan

 

1898-ci ildən London polisinin hazırladığı məruzələrində asayişi kobud şəkildə pozanlar haqqındaxuliqankəlməsindən istifadə edilməyə başlanmışdı. Bəzi iddialara görə, həmin dövrdə qanunları pozmaqda ad çıxarmış milliyyətcə irland olan Xuliqan (ingilizcəHooligan”) ailəsi haqqında mahnı vardı bu kəlmə buradan götürülə bilərdi.

Lakin Klarens Ruk 1899-cu ildə nəşr edilmişXuliqan gecələriadlı kitabında yazır ki, bu kəlmə Londonda yaşamış mühafizəçi oğru Patrik Xuliqanın adından götürülüb. Öz ailəsi kiçik dəstəsilə birlikdə o, tez-tez pabları qarət edərək ad çıxarmışdı. Bir müddət sonra Xuliqan bir nəfər polis işçisini qətlə yetirib həbsxanaya düşür ömürlük cəza alır, adı isə əbədiləşir: «Xuliqan».

 





12.12.2012    çap et  çap et