525.Az

“Qəbələ RLS Azərbaycan-Rusiya dostluq əlaqələrinə təsir edə bilməz”


 

“Qəbələ RLS Azərbaycan-Rusiya dostluq əlaqələrinə təsir edə bilməz”<b style="color:red"></b> “Qəbələ RLS-lə bağlı yaranmış vəziyyət Azərbaycanla Rusiya arasındakı dostluq əlaqələrinə təsir edə bilməz”.

Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiya Şurasının sədr müavini, senator İlyas Umaxanov bildirib.
 
O, iki dövlət arasında münasibətlərin möhkəm olduğunu söyləyib: “Hesab edirəm ki, hal-hazırda iki ölkə arasında yaranmış vəziyyət mövqelərin müvəqqəti uyğunsuzluğudur. Mövqelərdəki bu müvəqqəti uyğunsuzluq müxtəlif istiqamətli Azərbaycan-Rusiya münasibətlərinə, həm dövlətlərarası, həm də xalqlararası münasibətlərə təsir edə bilməz. Əminəm ki, belə çətin, həlli asan olmayan hər hansı bir problem dövlət başçılarının siyasi iradələri nəticəsində həll olunur. İnanmaq istərdim ki, Rusiya-Azərbaycan arasındakı bu problem də öz həllini tapacaq”.
 





12.12.2012    çap et  çap et