525.Az

Heydər Əliyev – siyasi lider, dahi şəxsiyyət


 

Heydər Əliyev – siyasi lider, dahi şəxsiyyət <b style="color:red"></b>

Hadi RƏCƏBLİ
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru

BU
GÜN ÜMUMMİLLİ LİDER, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN NÖVBƏTİ ANIM GÜNÜDÜR

Heydər Əliyev fenomeni, onun siyasi istedadı unikal şəxsiyyəti barədə külli miqdarda elmi məqalələr yazılmış, dünyanın siyasi texnologiyalar üzrə ixtisaslaşan əksər nəzərriyəçiləri onun əsrlərə sığmayan titanik fəaliyyəti barədə ən müxtəlif prizmalardan tədqiqat işləri aparmışlar zaman keçdikcə bu qəbildən olan yazılara həmişə ehtiyac olacaq. Biz Heydər Əliyev siyasi dühasını həm siyasi elitanın formalaşdırıcı həm əlahiddə götürülmüş siyasi lider kimi nəzəri-təcrübi kontekstdə öyrənməyi qarşımıza məqsəd qoymuşuq. Fikrimizcə, Heydər Əliyev şəxsiyyətinin həm Azərbaycan siyasətində siyasi elitanın banisi, müəllimi həmişə istinad ediləcək rəhbəri kimi, həm ayrıca fenomenal bir fərd kimi vəhdətdə öyrənilməsi böyük siyasi irs olaraq müasir, modern sivil dövlətçiliyin əsaslarının nəzəri aspektləri baxımından xüsusi əhəmiyyətə malikdir.

 

Bəşər cəmiyyəti formalaşandan bəri hər bir ictimai-sosial varlıq malik olduğu siyasi formasiyasından asılı olmayaraq, həmişə özünün inkişaf səviyyəsinə uyğun şəxsiyyət liderə ehtiyac duyur. Hətta insanlar arasında fövqəlfərqliliyin əleyhinə çıxan, ictimai özünüidarəni başlıca ideyası son məqsədi hesab edən kommunizm təmayüllü ölkələr siyasi lider amili olmadan fəaliyyət göstərə bilməmişlər bilmirlər. Bu da təbiidir. Bioloji sosioloji fərd olaraq insanlar həmişə digər məsələlərdə olduğu kimi siyasi həyat dünyagörüşlərində oxşamaq istədikləri ardınca gedəcəklərinümunəvi başçıaxtarışında olublar. Bu axtarışlar insanlarda bioloji kod olaraq genlərdə təhtəlşüurda yerləşdiyindən, bütün dövrlərdə xalqlarda mövcud olacaq zəruri bir proses kimi həmişə davam edəcək.

 

Müasir dövrümüzdə siyasət aləmi lider yetişdirməyin yeganə doğru mənbəyi olan siyasi elitasız keçinə bilmir bu baxımdan biz, lider şəxsiyyət üsün vacib olan bütün keyfiyyətlərisiyasi elitalideranlayışlarının qarşılıqlı müqayisəli şəklində nəzəri anlayışlarla praktiki nailiyyətlərin vəhdətində Heydər Əliyev şəxsiyyətində görürük.

 

Siyasi nəzəriyyədə hamılıqla qəbul olunduğu kimi, siyasi elitaya iki istiqamətdə baxmalıyıq:

 

Birinci istiqamət siyasi elitanın daha geniş anlamda qəbulunu şərtləndirir ki, bura da bütbölükdə cəmiyyətin bütün təbəqələrinin yalnız müəyyən hissəsi, yəni sosial-iqtisadi dairələrin, ziyalıların, digər peşəkar təsisatların nüfuzlu tanınmış nümayəndələri daxildirlər.

 

İkinci istiqamət daha dar çərçivədə belə ifadə etmək mümkünsə, “peşəmənasında başa düşülərək hakimiyyət sferasında dövlət idarəçiliyi ilə (partiyalarla, digər siyasi strukturlarla) peşəkarcasına məşğul olan şəxslər qrupunu ehtiva edir.

 

Hər iki istiqamət formal olaraq özündə siyasi elitanın bütün komponentlərini əks etdirsə , biz Heydər Əliyev şəxsiyyətinin siyasi elita ilə birbaşa bağlılığını qismən açmaq üçün daha uyğun gələn ikincipeşəkar ya başqa sözlə desək, hakimiyyət sferasına məxsus siyasi elitanın onun yetişdirdiyi şəxsiyyət-liderin nəzəri təhlilini verməyə çalışacağıq.

 

Siyasi elitanın ən mühüm elementi siyasi liderdir. Məhz siyasi lider hakimiyyət idarəçilik sistemini fərdiləşdirərək müvafiq hakimiyyəti bütün cəmiyyətin ya vətəndaş qruplarının nəzərində təcəssüm etdirir. Yəni siyasi liler digər keyfiyyət məziyyətləri ilə yanaşı, siyasi elitanı təşkil edən digər şəxslərdən fərqlənən xüsusi, spesifik bir fenomenə malik olmalıdır.

 

Heydər Əliyev dünya siyasi arenasında özünü məhz belə lider kimi göstərdi. İstər Azərbaycana başçılıq etdiyi bütün dönəmlərdə, istər Moskvada SSRİ kimi nəhəng qüdrətli bir dövlətin ən yuxarı hakuimiyyət eşalonunda yüksək rəhbər vəzifələr daşıdığı vaxtlarda, istərsə çox qısa zaman kəsiyində işsiz qaldığı zamanla Heydər Əliyev sadə adamlardan tutmuş ən böyük siyasi xadimlərin etiraf etdiyi kimi əlahiddə istedadı dühası baxımından həmişə fərqlənib. İnsanları müəyyən bir ideya ətrafında məqsəd uğrunda birləşdirə, səfərbər edə bilmək bu zaman yaranacaq bütün mümkün çətinlikləri qabaqcadan görmək, onların həllinə əvvəlcədən hazır olmaq qabiliyyəti müəyyən vəzifə tutub-tutmamağından asılı olmayaraq Heydər Əliyevin ayrılmaz təbii xarakterik xüsusiyyəti idi bu baxımdan o, bir çox siyasətçilərdən fərqlənirdi.

 

Siyasi liderlik hər şeydən əvvəl istənilən insan cəmiyyətinin fəaliyyətinin universal ayrılmaz mexanizmi kimi xarakterizə olunmaıldır. Eyni zamanda lider yuxarıların aşağıların münasibətlərinin saxlanılması, cəmiyyətin özünümühafizə öz maraqlarının həyata keçirilməsi üçün bu münasibətlərin institutlaşdırılması elementidir.

 

Bu keyfiyyətlərin hamısını özündə kommunikativ şəkildə birləşdirə bilən Heydər Əliyevin məhz fərdi xüsusiyyətləri dünya siyasətçiləri tərəfindən birmənalı qəbul olunub çox yüksək qiymətləndirilib. Siyasi liderliyin daha tam, funksional xüsusiyyətləri ümumi dövlət idarəetməsi səviyyəsində daha parlaq təzahür edir. Bu siyasi institutun ən əsas vəzifəsi qərarların işlənilməsi, hazırlanması, qəbul realizə olunmasını nəzərdə tutan çoxsaylı hərəkətləri, bu prosesdə iştirak edən strukturların fəaliyyətinin koordinasiyasını, bu ya digər cəmiyyət stratlarının maraqlarının uzlaşdırılmasını s. nəzərdə tutan geniş əhatəli təşkilati-idarəetmə funksiyalarının həyata keçirilməsidir. Yəni başlıca məsələ idarəetmə təşkilatçılıq bacarığıdır. 

 

Siyasi liderin ikinci funksiyası münaqişələrin bütün təzahürlərinin minimuma endirə bilməsidir. Hakimiyyətin nümayəndəsi kimi onun fəaliyyəti mövqeyinin gücləndirilməsi, hakim rejimdə stabilliyin saxlanılması məqsədi ilə konfliktlərin minimallaşdırılmasını, siyasi diskussiyaların sakitləşdirilməsini, hakimiyyət uğrunda rəqabətin gərginliyinin azaldılmasını şərtləndirir. Siyasi liderlikəsas etibarı ilə mövcud idarəçilik sisteminin stabillik amilidir.

 

Funksiyalardan biri kommunikativlik bacarığıdır. Əhali ilə xüsusi əxlaqi-etik münasibətlərin subyekti olaraq siyasi lider kommunikativ funksiyanı da yerinə yetirir. Bununla da o, cəmiyyətin nəzərində əhalinin hüquq azadlıqlarının təminatı üzrə fərdi siyasi məsuliyyətini son nəticədə hakimiyyətin məcmu fəaliyyətini təcəssüm etdirir. Kommunikativ funksiya cəmiyyətdə liderin apardığı ən vacib funksiyalardan biridir.

 

Digər bir funksiya liderin səfərbəredici funksiyasıdır. Liderin səfərbəredici funksiyası dövlətdə cəmiyyətdə bu ya digər konkret problemlərin həllinə əhalinin səfərbər edilməsi qabiliyyətini özündə təzahür etdirir.

 

Başqa bir keyfiyyət liderin yaradıcılıq qabiliyyətidir. Yəni syiasi lider dövlət (siyasi) strukturlarının fəaliyyətini istiqamətləndirərək, özü yaranmış vəziyyəti çağırışlarına mahiyyət etibarilə yaradıcı cavab verməyə, onu adekvat qiymətləndirməyə, müvafiq layihələrə təşəbbüs verməyə, zəruri dəyişikliklərə imkan yaratmağa, idarəetmə fəaliyyətinin üsul metodlarını təkmilləşdirməyə qabil olmalıdır.

 

Lider eyni zamanda birləşdirici funksiyaya da malik olmalıdır. Siyasi sinifin ali nümayəndəsi kimi lider hakim elitanı birləşdirmək, onun nüvəsini möhkəmləndirmək, müxalifət digər qruplarla rəqabət qabiliyyətini yüksəltmək qabiliyyəti ilə fərqlənməlidir.  

 

Bu nəzəri meyarları Heydər Əliyev şəxsiyyətinə tətbiq edəkən hər bir çərçivədə, hər bir funksiyada Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərinin açıldığını görürük. Siyasi liderləri hakimiyyətdə nəzarət səviyyəsinə (iqtidar müxalifət), fəaliyyət, miqyasına (ümummilli bölgə), davranış stilinə (avtoritar demokratik), rəhbərlik xarakterinə (formal qeyri-formal), sosial dəyişikliklərə islahatlara münasibətinə (mühafizəkar, islahatçı, doqmatik, fundamentalist), siyasi hərəkatın məqsədlərinə nail olmaqda oynadığı rola (ideoloq, idealist, praqmatik), rəqiblərinə münasibətinə (razılaşdırıcı, fanatik) s. görə fərqləndirirlər.

 

Heç təsadüfi deyil ki, xalqımız Heydər Əliyevin dühasında xarizmatik liderə xas olan bütün yüksək məziyyətləri görməklə ona Azərbaycanın ÜMUMMİLLİ LİDERİ adını verib.

 

Heydər Əliyev şəxsiyyəti öz unikallığı, təkrarolunmazlığı, siyasi xadim üçün xas olan xüsusiyyətləri ilə nəinki bu kriteriyaları əhatə edir, hətta onların əhatə dairəsindən kənara belə çıxaraq, bu siyasi məfhumu politoloji baxımdan zənginləşdirir, məzmun etibarilə çoxşaxəli edir. Siyasətçinin liderin siyasətdə tarixdə əbədiliyini örnək nümunəsi olmasını müəyyən edən bu meyar məhz Heydər Əliyev kimi şəxsiyyətlərin sayəsində cilalanaraq politoloji anlayış kimi siyasi lüğətə daxil olmuş qəbul edilmişdir.

 

Heydər Əliyev harada olmasından asılı olmayaraq həmişə lider olmuşdur. Bu, həm orta məktəb illərində, həm tələbəlik vaxtlarında, həm ən müxtəlif vəzifə daşıdığı dönəmlərdə onun xarakterinin ən vacib ayrılmaz keyfiyyəti kimi özünü büruzə vermişdir. Liderlik təkcə kiminsə qarşısında üstün keyfiyyətlərə, ağıla, xarakterə malik olmaq deyil. Liderlik həm fərddə ətrafını başa düşmək, onların fikrinə, əqidəsinə, fərqli düşüncəsinə dözümlülük hörmət göstərmək kimi vərdişlərin olmasını da zəruri edir. Bu isə Heydər Əliyevin şəxsiyyətinin ən başlıca aparıcı keyfiyyətlərindən biri idi.

 

   Heydər Əliyevin hər hansı bir sahənin bilicisi ilə ünsiyyətində onun mütəxəssis olduğu məsələlərə yeni məzmun ahəng gətirə bilmək qabiliyyəti bu fövqəlinsanın uzun ömür boyu rastlaşdığı, ünsiyyətdə olduğu, görüşdüyü bütün adamlar, xüsusilə dünya siyasət aləmində öz çapı ilə seçilən hamının qəbul etdiyi görkəmli siyasi xadimlər, dövlət hökumət başçıları tərəfindən xüsusilə vurğulanır. SSRİ postsovet ölkələri üzrə böyük mütəxəssis, politoloq Zbiqnev Bjezinski Heydər Əliyev haqqında belə demişdir: ”Şəxsən mən onunla görüşlərdən Azərbaycan Amerika arasındakı strateji əlaqələri formalaşdırmaq kimi nadir imkan əldə etdim”. Mən Zbiqnev Bjezinskinin fikirlərini təsadüfən gətirmədim. Keçmiş sovet ölkələri üzrə dünyanın fövqəldövlətinin siyasətinə təsir edə bilən, bu istiqamətdə xüsusi orqanların zəngin informasiyasına malik bir şəxs hər şeydən əvvəl, Heydər Əliyevin köhnə, oturuşmuş münasibətlərə yeni baxışın, çalarların istiqamətin gətirə bilmək qabiliyyətinə heyranlığını yuxarıdakı sözlərlə ifadə etmişdir. Yəni, Heydər Əliyev özünün zəngin təcrübəsi, siyasi erudisiyası ilə həmsöhbətinin peşə marağına, peşəkarlıq səviyyəsinə, nüfuzuna izzət-nəfsinə toxunmadan onun fikir təsəvvürlərində dəyişiklik yarada bilirdi.

 

Heydər Əliyev həm adi problemləri, vəzifələri qeyri-adi həll edə bilmək qabiliyyəti ilə siyasi xadimlər içərisində seçilirdi. Mən ilk növbədə diplomatlar üçün çox adi görünən, bəlkə vizual olaraq bəsit qiymətləndirilə bilən, lakin əslində H.Əliyevin qətiyyəti siyasi cəsarəti ilə yanaşı, problematik şəraitdən xüsusi orijinallıqla çıxa bilmək qabiliyyətindən xəbər verən bir epizoddan danışmaq istəyirəm.

 

1996- ilin 2-3 dekabrında ATƏT-in Lissabon zirvə toplantısında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə məsələnin müzakirəsi zamanı onun diplomatik manevrləri siyasi gedişləri diplomatiya dərsliklərinə salı-nası öyrəniləsi mövzulardandır. Məlum olduğu kimi, Minsk qrupu həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üzrə 3 maddədən ibarət layihə irəli sürülmüşdü: Ermənistan Azərbaycan Respublikalarının ərazi bütövlüyü; Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə əsasında muxtariyyət özünüidarə statusu verilməsi; Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi. Bu müddəalar Lissabon sammitinin bəyannaməsi layihəsində 20-ci maddə kimi nəzərdə tutulmuşdu. Azərbaycan dövləti bununla razılaşsa da, erməni tərəfi rədd etmişdi. ATƏT çərçivəsində sənədlərin qəbulu yalnız konsensus əsasında mümkün olduğundan, Ermənistanın belə mövqeyi bəyannamənin qəbulunu şübhə altında qoyurdu. Vəziyyətin pat olduğunu görən Heydər Əliyev dünya diplomatiyası tarixində analoqu olmayan bir addım ataraq, bəyannamənin bütün mətni üçün konsensus verməkdən imtina etdi. Nəticədə ATƏT-in fəaliyyət göstərən sədri Flavio Kottinin zirvə görüşünün bütün iştirakçıları adından edilən sammitin yekun protokoluna daxil olunan bəyanat verdi. Heydər Əliyevin belə qısa zaman çərçivəsində, müzakirələrin davam etdiyi, sərbəst fikirləşməyə məsləhətləşməyə imkan olmadığı bir şəraitdə yeganə düzgün qərar qəbul etməsi, başlıcası isə dünya siyasəti  bu qərarın qəbuluna sövq edə bilmək qabiliyyəti onun dühasının diplomatiyasının nəsillərə əsrlərə örnək olası çoxsaylı parlaq qələbələrindən sadəcə, bir nümunə idi.  
 





12.12.2012    çap et  çap et