525.Az

UNESCO-nun Baş direktoru Xalça Muzeyini ziyarət edib


 

UNESCO-nun Baş direktoru Xalça Muzeyini ziyarət edib<b style="color:red"></b>

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan UNESCO-nun Baş direktoru xanım İrina Bokova Azərbaycan Xalça Muzeyini ziyarət edib.
 
Xalqımızın qədim xalçaçılıq sənəti, onun maddi-mədəni irsi, adət-ənənəsi ilə yaxından tanış olan İ.Bokovada muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya, zallarının quruluşu xoş təəssürat oyadıb.

Muzeydə sərgilənən Azərbaycan kəlağayıları da qonağın xüsusi marağına səbəb olub.

Sonda Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən qonağa qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın "Çələbi" xalçası və Muzeyin Sertifikatı hədiyyə edilib.
 
Qeyd edək ki, 2010-cu ildə "Azərbaycan Respublikasında ənənəvi Azərbaycan xalça sənəti" Bəşəriyyətin qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına, 2014-cü ildə isə "Azərbaycan kəlağayı sənəti" UNESCO-nun qeyri-maddi mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
 
Bununla da artıq bütün dünya Azərbaycanı xalçaçılıq və kəlağayı sənətinin beşiyi kimi tanıyır.

 

 





19.05.2015    çap et  çap et