525.Az

BSU-da Konstantinos Kavafisin şeirlər kitabı təqdim olundu


 

BSU-da Konstantinos Kavafisin şeirlər kitabı təqdim olundu<b style="color:red"></b>

 

YUNESKO Yunanıstanın tanınmış şairi Konstantinos Kavafisin anadan olmasının 150-ci ildönümü münasibətilə 2013- ili Kavafis ili elan edib.

 

Xatırladaq ki, Konstantinos Kavafis 29 aprel 1863- ildə Misirin İskəndəriyyə şəhərində tacir ailəsində  dünyaya göz açıb. 1904 1910-cu illərdə çap etdiyiŞeirlərkitabını geniş oxucu kütləsinə təqdim edib müasir yunan dilində yazan ən görkəmli şairlərdən biri kimi tanınıb.

 

Konstantinos Kavafisin yubileyi ilə əlaqədar Bakı Slavyan Universitetində fəaliyyət göstərən Müasir Yunan Dili Mədəniyyəti Mərkəzi tərəfindən şairin  şeirləri Azərbaycan dilinə tərcümə olunub universitet tərəfindən çap edilib.

 

11 dekabr tarixində BSU-da dahi yunan şairi Kavafisin seçilmiş şeirlərindən ibarət kitabının təqdimat mərasimi keçirildi bununla YUNESKO tərəfindən K.Kavafislə bağlı dünyada keçiriləcək silsilə tədbirlərə start verildi.  Nəzərə çatdıraq ki, tədbir Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyinin himayəsi ilə həyata keçirilir.

 

Tədbirdə Yunanıstanın Azərbaycandakı Fövqəladə Səlahiyyətli səfiri cənab İoannis Metaksas, səfriliyin əməkdaşları, UNESCO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Milli Məclisdə Azərbaycan-Yunanıstan Dostluq Qrupunun üzvü İqbal Məmmədov Bakıda yaşayan yunanlar iştirak edirdilər.

 

Mərasimdə qonaqları salamlayan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev bu tədbirin universitetdə keçirilməsindən məmnun olduğunu bildirdi: “Kitabın nəşri Kavafis kimi dahi yunan şairini Azərbaycan oxucusuna yaxınlaşdırmaq anlamında qiymətlidir. Eyni zamanda, kitabın maraqlı tərtibatı onun gələcəkdə təlim tədris prosesində çox böyük rol oynayacağına əminlik yaradır. Belə ki, bu kitab təkcə yunan poeziyasının görkəmli nümayəndəsi ilə tanış olmaq  deyil, eyni zamanda Azərbaycan dili vasitəsilə yunan dilini bir daha dərindən öyrənmək üçün əhəmiyyətli olacaq”. Rektor onu da qeyd etdi ki, bu toplunun nəşri ilə UNESCO tərəfindən elan edilən dünyaca məşhur yunan şairinin 150 illik yubileyinə həsr olunmuş 2013- iləKonstantinos  Kavafis ilinə aid silsilə tədbirlər başlayır bu da bizdə xüsusi şərəf qürur hissi oyadır.”Bu bizim tərəfimizdən böyük filosof lirik şairin xatirəsinə ən böyük etiramın əlamətidir”. Sonda professor K.Abdullayev Yunanıstanın Azərbaycandakı səfiri cənab İoannis Metaksasa hazırki toplunun nəşri üçün göstərdiyi səylərinə görə minnətdarlığını bildirdi. Həmçinin, BSU tələbələrinin elm, təhsil, mədəni-maarif həyatında fəal iştirak etdiklərinə görə səfirliyin bütün əməkdaşlarına, kitabın nəşrində yaxından iştirak etmiş universitet tələbələri əməkdaşlarına təşəkkür etdi: “Ümid edirəm ki, biz ikitərəfli əlaqələrimizi, xüsusilə ədəbi əlaqələrimizin möhkəmlənməsi naminə yaradıcı əməkdaşlığımızı davam etdirəcəyik”.

 

Yunanıstanın Azərbaycandakı səfiri cənab İoannis Metaksas öz çıxışında kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsin əməyini təqdirəlayiq hesab etdi: “Qürur hissi keçiririk ki, Müasir Ellinizmdə Kavafis kimi şair yetişib, bu isə öz növbəsində yunanların ümumbəşəri mədəniyyətə öz töhvələrini verməkdə davam etdirdiklərinə sübutdur. Kavafis adi şair deyil. O, bütün fəlsəfi fikirlərini bu gün danışılan yunan dilinə daha yaxın bir dildə ifadə edən dahi filosofdur”. Səfir BSU-nun rektorunu bu kitabın nəşri münasibətilə təbrik etdi onun ərsəyə gəlməsində bütün əməyi keçənlərə dərin təşəkkürünü bildirdi.

 

UNESCO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Azərbaycan-Yunanıstan Dostluq Qrupunun üzvü İqbal Məmmədov çıxış edərək tədbirin əhəmiyyətini bir daha vurğuladılar. Bildirdilər ki, bu cür nəşrlər iki ölkə arasında mədəni əlaqələrin inkişaf etməsinə öz töhvəsini verəcək.

 

Sonda Kavafisin şeirləri səsləndiridi onun həyat yaradıcılığına həsr olunmuş film nümayiş olundu.

 

Günay ƏLİYEVA
 





12.12.2012    çap et  çap et