525.Az

Ağdaşda uçqun baş verdi, yaralılar var


 

Ağdaşda uçqun baş verdi, yaralılar var<b style="color:red"></b>

Ağdaş rayonunda uçqun olub. 

525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdaş şəhərində qazıntı işləri zamanı torpaq uçqunu baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıblar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ərazidə qazıntı işləri aparan şirkətdə fəhlə işləyən 2 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 





12.12.2012    çap et  çap et