525.Az

“Ötən il quraqlıqdan ziyan çəkmiş fermerlərə kompensasiya ödənilib”


 

“Ötən il quraqlıqdan ziyan çəkmiş fermerlərə kompensasiya ödənilib”<b style="color:red"></b> “Bu il Azərbaycanda hökm sürən hava şəraiti taxılın bol olmasına imkan yaradır”.
 
“APA-Economics”in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
 
“Mütəxəssislərin hesablamalarına görə, bu il taxıl biçinində 20-30% artım olacaq. Tərəfimizdən Tədbirlər Planı hazırlanıb. Biçini vaxtında, keyfiyyətli, operativ qaydada və itkisiz həyata keçirəcəyik. Buna bizim şəraitimiz var. Nazirlik tərəfindən dünyanın ən qabaqcıl ölkələrinin taxılbiçən kombaynları alınıb. Ehtiyat kombaynlarımız da var. Qrafiklər müəyyənləşib. Müvafiq işçi qruplarımız yaradılıb. Mütəxəssislərimiz rayonlara ezam olunub. Biçin başlayanda itkisiz fermerlərin yetişdirdiyi məhsulların biçilməsi həyata keçiriləcək”, - deyə nazir müavini bildirib.
 
İ. Quliyev biçinlə bağlı heç bir problemin olmayacağını qeyd edib.
 
Nazir müavini əlavə edib ki, ötən il quraqlığa görə ziyan çəkmiş fermerlərə ziyanın müəyyən hissəsini kompensasiya etmək üçün nazirlik tərəfindən onlara verilən taxılların dəyəri ödənilib. “Nazirliyin öz büdcəsi hesabına fermerlər pulsuz toxumla təmin olunub”, - deyə o qeyd edib.
 





20.05.2015    çap et  çap et