525.Az

“Eurovision-2015” çərçivəsində Vyanada Azərbaycan gecəsi


 

“Eurovision-2015” çərçivəsində Vyanada Azərbaycan gecəsi <b style="color:red"></b>

“Eurovision-2015” müsabiqəsi çərçivəsində Vyanada Azərbaycan gecəsi keçirilib.

APA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə mayın 19-da Bakıda 16 mərtəbəli binada baş vermiş yanğında həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
 
Mərasimdə çıxış edən Vyanada fəaliyyət  göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova “Eurovision-2015” mahnı müsabiqəsi çərçivəsində keçirilən gecənin təşkilindən qürur duyduqlarını bildirib.
 
Tədbirə müxtəlif ölkələrdən nümayəndələr, şounun iştirakçıları – Latviya təmsilçisi Aminata, Litva təmsilçisi Monika Linkytė və Vaidas Baumila, İsveç təmsilçisi Måns Zelmerlöw, Malta təmsilçisi Amber da qatılıblar.
 
Mərasimdə qonaqlara Azərbaycanın idman və mədəni həyatında mühüm hadisələri əks etdirən jurnal, broşürlər paylanılıb, milli mətbəximizdən nümunələr təqdim edilib.
 
Həmin gün Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil edən Elnur Hüseynov Bakıda baş vermiş faciəyə görə proqramda dəyişiklik edib. Təmsilçi ritmik mahnıları proqramdan çıxararaq, həmin gün yalnız həzin musiqilərə yer verib.
 
Qeyd edək ki, bu gün “Eurovision 2015” mahnı müsabiqəsinin II yarımfinalı keçiriləcək. Azərbaycan təmsilçisi Elnur Hüseynov bu gün finala çıxmaq uğrunda mübarizəyə qoşulacaq.

 





21.05.2015    çap et  çap et