525.Az

İran tar üçün rəsmi şikayət etdi


 

İran tar üçün rəsmi şikayət etdi<b style="color:red"></b>

İran Musiqi Evi tar musiqi alətinin UNESCO-da Azərbaycanın musiqi irsi kimi qeydiyyatdan keçməsinə etiraz edib.

APA-nın “Mehr” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə qərar İran Musiqi Evinin Direktorlar Şurası tərəfindən qəbul olunub. Təşkilatın mətbuat katibi Dariuş Pinyakan bildirib ki, artıq İranın UNESCO-dakı nümayəndəsi bu məsələ ilə bağlı etirazını rəsmiləşdirib. Bundan başqa vəziyyətlə bağlı İran Musiqi Evinin rəhbərliyini vaxtında məlumatlandırmadığına görə, İranın UNESCO-dakı nümayəndəsi məsuliyyətsizlikdə ittiham olunub. İran tərəfinin iddiasına görə, tar İranın cənubunda yaradılıb. İran tərəfi tarın UNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçirilməsini istəyir.

 





13.12.2012    çap et  çap et