525.Az

Dünyanın rəngləri"ndə Azərbaycan pavilyonu


 

Dünyanın rəngləri"ndə Azərbaycan pavilyonu <b style="color:red"></b>

Kiyevdəki "Ukrayna evi"ndə "Dünyanın rəngləri" adlı Beynəlxalq dil və mədəniyyət festivalı iştirakçılarının işlərindən ibarət sərgi-yarmarka keçirilib.
 
Bu barədə "Azərtac" Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) mətbuat mərkəzindən məlumat veriblər.

Tədbir Ukraynanın Təhsil və Elm Nazirliyi, T.Şevçenko adına Kiyev Milli Universiteti, B.Qrinçenko adına Kiyev Universiteti, M.Draqomanov adına Milli Pedaqoji Universitet, "Meridian" Beynəlxalq Məktəbi və "Syayvo" ("Şəfəq") Ukrayna-Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Bu il təşkilatçılar tədbirlərin sərhədlərini genişləndirməyi, Azərbaycan, Gürcüstan, Hindistan, Qırğızıstan, Moldova, Portuqaliya, Özbəkistan və Yaponiyadan nümayəndələr dəvət etməyi qərara alıblar.

UAGİ beynəlxalq sərgidə Azərbaycan pavilyonunu təqdim edib. Burada birinci Avropa Oyunları, Azərbaycanın zəngin tarixi, mədəniyyəti və milli mətbəxi barədə məlumat verilib. Pavilyona gələnlərə "Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan danışıq lüğəti" paylanıb.

Azərbaycan pavilyonunu festivalın fəxri qonaqları - Gürcüstanın və Moldovanın bu ölkədəki səfirləri Mixeil Ukleba və İon Stevile, Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayev və başqaları da ziyarət ediblər.

Festivalda müxtəlif ölkələr üçün ənənəvi xalq sənəti nümunələri nümayiş etdirilib, ustad dərsləri və müxtəlif xalqların milli yeməklərinin dequstasiyası keçirilib.

Tədbirdən sonra "Ukrayna evi"nin konsert salonunda XIII beynəlxalq dil və mədəniyyət festivalının Ukrayna finalçılarının təntənəli surətdə mükafatlandırılması mərasimi və konsert olub.

 





22.05.2015    çap et  çap et