525.Az

"Həmsədrləri öz adları ilə çağırmaq lazımdır..."


 

"Həmsədrləri öz adları ilə çağırmaq lazımdır..."<b style="color:red"></b>

"Fransanı, Rusiyanı və ABŞ-ı ATƏT-in Minsk qrupunun həmsədrləri yox, Minsk qrupundakı erməni havadarları adlandırmaq lazımdır".

Bunu Milli Məclisin (MM) deputatı Sahib Alıyev dilə gətirib.
 
"Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan bir dəstə yandaşıyla Fransada səfərdə olub"-deyən, S. Alıyevin sözlərinə görə,  bundan öncə isə həmin Fransanın 3 deputatı Dağlıq Qarabağda keçirilən uydurma parlament seçkisini izləmək üçün orada idilər.

O, qeyd edib ki,  bütün bunlara görə Fransanın ölkəmizdəki səfiri Paskal Mönye mayın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. 

"Notada Fransanın bu hərəkətlərinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi və münaqişəsinin həllinə xələl gətirdiyi vurğulanıb.

Əgər nəzərə alsaq ki, separatçılara təkcə Fransa yox, Minsk qrupunun digər iki həmsədri də zaman-zaman açıq və gizli dəstək veriblər və verirlər, onda onları öz adlarıyla çağırmaq lazımdır.  Onlar Minsk qrupunun həmsədrləri yox, Minsk qrupundakı erməni havadarları adlandırılmalıdırlar"-deyə, S. Alıyev  daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





22.05.2015    çap et  çap et