525.Az

Xanım parlamentaridən Minsk qrupuna sərt sözlər


 

Xanım parlamentaridən Minsk qrupuna sərt sözlər<b style="color:red"></b>

“Bəyanatlar verməklə münaqişə həll olunmur”

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti nəticə verməlidir. ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Dublin toplantısında həmsədr ölkələrin nümayəndələri bəyanat verməklə kifayətləndilər, amma bəyanat verməklə məsələ həll olunmur”.

525.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. S.Fətəliyevanın bildirdiyinə görə, həmsədr ölkələr münaqişə tərəflərini siyasi iradə nümayiş etdirməyə çağırsalar da, konkret nəticə yoxdur. O qeyd edib ki, əslində, həmsədr ölkələr siyasi iradə nümayiş etdirib, münaqişənin həlli yönündə ciddi addımlar atmalıdır.

“Çünki bu dövlətlər dünya siyasətinə təsir etmək gücündədirlər. Ermənistanın işğalçılıq siyasətinə son qoymaq onlar üçün elə də ciddi problem deyil. Bu dövlətlər yaxşı bilirlər ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, yüz minlərlə dinc insan öz torpaqlarından didərgin düşüblər. Həmsədr dövlətlər bu işğala son qoymaqla dünyada beynəlxalq hüququn və insan hüquqlarının ali prinsip olduğunu və bu məsələdə heç kimə fərq qoyulmadığını nümayiş etdirə bilərlər. Görünən isə odur ki, onlar bu addımı atmağa o qədər də maraqlı deyil”- deyə, komitə sədrinin müavini vurğulayıb.

Kamil HƏMZƏOĞLU

 





13.12.2012    çap et  çap et