525.Az

O formanı yenə geyindilər


 

O formanı yenə geyindilər<b style="color:red"></b>

Madridin “Atletiko” klubu dünən İspaniya kubokunun 1/8 finalında “Hetafe”yə qarşı oyuna da üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxıb.

Qol.Az-ın məlumatına görə, bu qarşılaşmada Madrid təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Atletiko”nun bu həftə “Barselona” ilə matçda da “Land of fire Azerbaijan” forması ilə meydana çıxacağı gözlənilir.

Xatırladaq ki, bundan öncə "Atletiko" İspaniya La Liqasının bir neçə matçında da bu formanı geyinmişdi

 





13.12.2012    çap et  çap et