525.Az

I Avropa Oyunlarının məşəli Qaxda


 

I Avropa Oyunlarının məşəli Qaxda<b style="color:red"></b>

I Avropa Oyunlarının məşəli Zaqataladan sonra Qaxa gətirilib.
 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün Avropa Oyunlarının məşəli Qax şəhərinin girişindən start götürüb.

Məşəl estafetini daşımaq üçün  rayonun 11 fəal gənci seçilib. Estafeti Uşu-Sanda idman növü üzrə Dünya çempionu Ramil Məmmədli qəbul edərək, digər məşəlçilərə ötürüb. Sonda Kung-Fu idman növü üzrə iki qat dünya çempionu Zaur İsaqov tərəfindən səyahət çırağı alovlandırılıb. Yandırılan çıraq isə I Avropa Oyunları bitənədək saxlanılması üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verilib.
 
Minlərlə sakin tərəfindən canlı olaraq izlənilən məşəl estafeti konsert proqramı ilə davam edib.
 
Məşəl estafeti sabah Oğuz və Şəki rayonlarında davam etdiriləcək.

 





25.05.2015    çap et  çap et