525.Az

Yəməndə Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarə vurulub


 

Yəməndə Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarə vurulub<b style="color:red"></b>

Səudiyyə Ərəbistanına məxsus “F-16” qırıcı təyyarə Yəmən paytaxtı Sana şəhərinin ətrafında vurulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Yemen Post” nəşri məlumat yayıb. 
 
Məlumata görə, təyyarənin pilotunu aşkarlamaq mümkün olmayıb. Üsyançı husilər təyyarənin düşdüyü yerdə 2 mərmi tapıblar.   
 
Nəşr üzərində Səudiyyə Ərəbistanına məxsus fərqlənmə nişanları olan təyyarə qalıqlarının şəkillərini də dərc edib.
 
Rəsmi qurumlar məlumatı hələlik təsdiq etməyib.

 





25.05.2015    çap et  çap et