525.Az

Seçici siyahılarının dəqiqləşdirilməsi mayın 27-də başa çatacaq


 

Seçici siyahılarının dəqiqləşdirilməsi mayın 27-də başa çatacaq<b style="color:red"></b>

Azərbaycan üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın 27-də başa çatacaq.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
 
Ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.

MSK sədri Məzahir Pənahov deyib ki, bununla da MSK-nıın ilin birinci yarısında əsas fəaliyyəti başa çatacaq.
 
Qeyd edək ki, Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanıb.
 
Seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir.
 
Seçki Məcəlləsinin tələblərinə əsasən, Məntəqə Seçki Komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq, müvafiq Dairə Seçki Komissiyalarına təqdim edib.

Dairə Seçki Komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verib.

 





25.05.2015    çap et  çap et