525.Az

Leyla Əliyeva FAO-nun Azərbaycandakı xoşməramlı səfiri seçilib


 

Leyla Əliyeva FAO-nun Azərbaycandakı xoşməramlı səfiri seçilib<b style="color:red"></b>

Leyla Əliyeva kənd təsərrüfatı, xüsusilə də ekologiya sahəsindəki xidmətlərinə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı xoşməramlı səfiri seçilib.

Bunu “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi və Texniki Yardımın təmin edilməsi üzrə Saziş” və “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı” Sazişinin imzalanması mərasimində kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
 
“Hesab edirik ki, Leyla xanımın da bu prosesə qoşulması bizim FAO ilə əlaqələrimizin genişləndirilməsinə və daha da inkişaf etdirilməsində müstəsna rol oynayacaq.
 
FAO-nun “Əlaqələndirmə və Tərəfdaşlıq ofisi” dünyada 4 və ya 5 yerdə ofisi var. Bunlardan biri də Azərbaycandadır. Biz fəxr hissi duyuruq ki, Azərbaycanda həm FAO-nun regional ofisi, həm də “Əlaqələndirmə və Tərəfdaşlıq ofisi” açılıb”, – deyə H. Əsədov bildirib.

 





25.05.2015    çap et  çap et