525.Az

I Avropa Oyunlarının məşəli Oğuzda


 

I Avropa Oyunlarının məşəli Oğuzda<b style="color:red"></b>

Birinci Avropa Oyunlarının məşəl səyahəti davam edir.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan rəmz Qaxdan sonra bu gün saat 13:30-da Oğuz rayonuna gətirilib.
 
Burada məşəl estafetinə fiziki hazırlıq müəllimi Rəfiqə Babayeva start verib. Ardınca Oyunların rəmzi rayonun 10 fəal gəncinin müşayiəti ilə Heydər Əliyev prospekti boyu ümumilikdə 2 min 200 metr məsafə qət etməkdən sonra Oğuz Olimpiya İdman Kompleksində quraşdırılmış səhnəyə gətirilib. Burada veteran samboçu Araz Umarov məşəl vasitəsilə çırağı alovlandırılıb.

Yekunda çıraq I Avropa Oyunlar bitənədək saxlanılması üçün Heydər Əliyev mərkəzinə təhvil verilib.

Məşəl estafeti Şimal-Qərb bölgəsinə olan səfərini bu axşam Şəki rayonunda Alov Festivalı ilə başa çatdıracaq.

 





25.05.2015    çap et  çap et