525.Az

"Qalatasaray" Türkiyə Super Liqasının çempionu olub


 

"Qalatasaray" Türkiyə Super Liqasının çempionu olub<b style="color:red"></b>

Türkiyə Super Liqasında XXXIII turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, tur çempionun bəlli olması ilə əlamətdar olub.
 
İstanbul derbisində "Beşiktaş"ı iki qolla yenən "Qalatasaray" çempionluq üçün "Fənərbaxça"nın xal itirməsini gözləyirdi.
 
"Fənərbaxça" isə səfərdə "Başakşəhər" ilə bərabərə qalaraq "Qalatasaray"ın çempionluğunu bir həftə öncədən təmin etməsinə şərait yaradıb.
 
“Başakşəhər” – “Fənərbaxça” - 2:2
Qol: Mehmet Batdal, 53, 62 - Dieqo, 81, Vebo, 88

 





26.05.2015    çap et  çap et