525.Az

I Avropa Oyunlarının məşəli Şəkidə


 

I Avropa Oyunlarının məşəli Şəkidə<b style="color:red"></b>

Birinci Avropa Oyunlarının məşəli Şimal-Qərb bölgəsində sonuncu rayona, qədim Şəkiyə aparılıb.

APA-nın Şəki-Zaqatala bürosunun  məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl ölkənin şimal-qərb bölgəsinə səyahəti çərçivəsində  mayın 25-i Oğuz rayonundan sonra  axşam  saat 19:30 rədlərində Şəki  rayonuna  aparılıb. Mərasimi izləmək üçün minlərlə sakin əllərində üç rəngli bayrağımız və gül-çiçəklərlə küçələrə axışıb.
 
Avropa Oyunları Məşəli Şəki şəhərinin dünya əhəmiyyətli abidəsi olan Xan Sarayından start götürüb.  Burada məşəli teleaparıcı Sədaqət Məmmədzadə qəbul edib.

Daha sonra Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Mirzə Fətəli Axundzadə və Heydər Əliyev prospektləri ilə hərəkət edən məşəl 12-ci məşəlçinin iştirakı ilə ümumilikdə 2200 metr məsafə qət etməklə Şəkinin mərkəzinə gətirilib.
 
Sonuncu məşəlçi Respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə meydanın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq səyahət çırağını alovlandırıb. Səhnədə yandırılan çıraq Birinci Avropa oyunları bitənədək saxlanılması üçün Heydər Əliyev mərkəzinə təhvil verilib.
 
Məşəl estafetinin sonunda Alov Festivalı nümayiş etdirilib. Qeyri-adi alov  şousu, musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı minlərlə sakinin marağına səbəb olub.

 





26.05.2015    çap et  çap et