525.Az

Putin və Kemeron arasında telefon danışığı


 

Putin və Kemeron arasında telefon danışığı<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin və Böyük Britaniyanın baş naziri Devid Kemeron arasında telefon danışığı olub.
 
APA-nın Kremlin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti D.Kemeronu yenidən baş nazir vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.
 
Söhbət zamanı ölkə liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər, Suriya və İraqda terrorçulara qarşı mübarizənin vacibliyini vurğulayıblar. 

“Həmçinin İranın nüvə proqramı üzrə danışıqlarda “altılıq” ölkələrinin birgə səyləri nəticəsində əldə olunan nəticələrdən məmnunluq ifadə edilib. Putin və Kemeron  Ukrayna böhranını müzakirə edərək, Minsk razılaşmalarının yerinə yetirilməsinin vacibliyini qeyd ediblər”, məlumatda deyilir.
 





26.05.2015    çap et  çap et