525.Az

“Böyük oyun” təxirə salına bilər


 

“Böyük oyun” təxirə salına bilər<b style="color:red"></b>

Sabah Azərbaycan Premyer Liqasının 17-ci turunda baş tutacaq “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması təxirə salına bilər.

Bu haqda Qol.Az-a “Xəzər Lənkəran”ın icraçı direktoru Höccət Hacıyev məlumat verib. O qeyd edib ki, hazırda “böyük oyun”a hazırlıq normal qaydada gedir.

“Amma bu dəqiqə Lənkəranda yağış yağır. Əgər sabah yağış güclənsə, stadionun ot örtüyü futbol üçün əlverişli olmayacaq. Bu halda yəqin ki, görüş təxirə salına bilər” – deyə o bildirib. 

 





13.12.2012    çap et  çap et