525.Az

3 polisin bıçaqlanması ilə bağlı rəsmi açıqlama


 

3 polisin bıçaqlanması ilə bağlı rəsmi açıqlama<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi 3 polisi bıçaqlayan axtarışda olan Masallı rayon sakini Ramin Eynalovla bağlı məlumat yayıb.

525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 12-də Xəzər RPİ əməkdaşları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə axtarışda olan Masallı rayon sakini Ramin Eynalovun Mərdəkan qəsəbəsinin ərazisindəki yeni tikilən evlərdən birində yaşayan qardaşı Sahibin evində gizləndiyi müəyyən edilib. R. Eynalovun tutulması üçün həmin ünvana 3 nəfərdən ibarət əməliyyat qrupu gəlib.

R. Eynalov saxlanılarkən qardaşı Sahiblə birgə bıçaq və küt alətlərlə polis əməkdaşlarına hücum edib onlara xəsarət yetiriblər. Sonradan R. Eynalov bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirib.

Görülmüş tədbirlər nəticəsində Sahib tutulub, R. Eynalov isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 





13.12.2012    çap et  çap et