525.Az

Şeyx Qazaxıstan səfirini qəbul edib


 

Şeyx Qazaxıstan səfirini qəbul edib<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı yeni səfiri Beybit İsabayevi qəbul edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir ölkələr arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də qarşılıqlı əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu bildirib.
 
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin müdrik dövlətçilik təcrübəsi sayəsində qardaş ölkənin siyasi, iqtisadi, sosial sahələrdə qazandığı uğurlarına ürəkdən şad olduğunu söyləyən A. Paşazadə, hər dəfə qazax torpağına səfərləri zamanı sürətli inkişafın şahidi olduğunu səfirin diqqətinə çatdırıb.
 
Sonra şeyxülislam qonağı Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti və dinlərarası dialoq prosesində iştirakı barədə məlumatlandırıb.
 
Səfir A. Paşazadənin şəxsiyyətinə böyük dəyər verdiyini, Azərbaycanda ilk olaraq ziyarət etdiyi şəxslərdən biri kimi onun xeyir-duasını almağı özü üçün vacib saydığını qeyd edib.
 
Səmimi şəraitdə keçən görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

 





26.05.2015    çap et  çap et