525.Az

Parolları əvəz edəcək yeni autentifikasiya sistemi hazırlanıb


 

Parolları əvəz edəcək yeni autentifikasiya sistemi hazırlanıb<b style="color:red"></b> Hindistan və ABŞ alimləri tərəfindən brauzer tarixçəsinə və sosial şəbəkələrdə aktivliyə əsaslanan parolları əvəz edəcək yeni autentifikasiya sistemi hazırlanıb.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sistem sayəsində smartfonda bu və ya digər xidmətdən, məsələn, mobil pul kisəsindən istifadə etmək üçün bir neçə sualı cavablandırmaq kifayət edəcək.
 
Bütün suallar istifadəçinin əvvəlki aktivliyi ilə əlaqədar olacaq. Məsələn, servis bu gün səhər kimdən SMS-bildirişin alınmasını soruşa bilər. Sistemin soruşduğu informasiya unikal və qeyri-adidir ki, bu da saxtalaşdırmanı çətinləşdirir.
 
“ActivPass” adlanan servisi artıq 70 nəfər sınaqdan keçirib. Autentifikasiyanın dəqiqliyi 95 faizə çatır. Bunun üçün istifadəçilərin “Facebook” sosial şəbəkəsində aktivliyi haqqında məlumatlardan, brauzerdə baxış tarixçəsindən, bildirişlər və smartfonlarda həyata keçirilən digər əməliyyatlardan istifadə edilir.
 
Hakerlər 5 faiz halda proqramı sındıra bilərlər. Hazırda bu təhlükəsizlik səviyyəsi ciddi autentifikasiya sistemləri üçün yetərli deyil. Lakin təhlükəsizlik sahəsində keçiriləcək gələcək tədqiqatlar servisdən ənənəvi parolları əvəzləməyə imkan verəcək, - "Payspacemagazine” yazır. 
 





26.05.2015    çap et  çap et