525.Az

ABŞ-ın hiyləgər Yaxın Şərq siyasəti: İslam sivilizasiyasına qarşı müharibə


 

ABŞ-ın hiyləgər Yaxın Şərq siyasəti: <b style="color:red">İslam sivilizasiyasına qarşı müharibə</b>

ABŞ-ın Yaxın Şərq siyasəti ilk baxışdan ziddiyyətli görünür. Vaşinqton terrorçu qrupları "yetişdirir", sonra isə elə özü də onlarla mübarizə aparır.

Amerikalılar Əfqanıstanda "Taliban"la mübarizəyə "uğurla" başladılar, 2014-cü ildən isə özlərinin yetişdirdiyi yeni hadisə ilə – "İraq və Şam İslam Dövləti" (İŞİD) ilə mübarizə aparırlar.

Bu günlərdə İran hərbi qüvvələrinin komandanı, general-mayor Həsən Firuzabadi ABŞ-ı İŞİD yaraqlılarını silahla təchiz etməkdə günahlandırdı. Onun sözlərinə görə, Amerika təyyarələri terrorçuların nəzarəti altında olan bölgələrə pul, silah və ərzaq gətirirlər.

Firuzabadi dedi: "Vaşinqton qruplaşmaya əvvəlcə yardım edir, sonra da üzr istəyir və deyir ki, bu, səhvən edilib. ABŞ bildirir ki, İŞİD-ə qarşı mübarizə aparmaq istəyir, əslində isə o, müşahidə və kəşfiyyat işləri aparır".

General əmindir ki, Birləşmiş Statlar müharibə görüntüsü yaradır. Onun fikirlərinə görə, amerikalılar istəsəydilər, radikalların öhdəsindən asanlıqla gələrdilər. Firuzabadi qeyd edir ki, islamçılara dəstək verilməsi İŞİD-i "dünyada ən yüksək məvacib alan silahlı qruplaşmaya çevirib".

İran silahlı qüvvələri komandanının sözləri ilə razılaşmamaq çətindir. İŞİD son illər Amerikanın digər bir layihəsini – "əl-Qaidə"ni ən azı informasiya fəzasından sıxışdırıb çıxarıb. Görünür, "əl-Qaidə" artıq özünün destabilləşdirici rolunu yerinə yetirib. İndi bir nömrəli düşmən İŞİD-dir.

"Demokratiyanın beşiyi" yay ayında İraq və Suriyanın bir hissəsini ələ keçirən yaraqlılarla 2014-cü ilin avqust ayından etibarən mübarizə aparır. İslamçılarla mübarizəyə Vaşinqtonla birgə onun Avropa və ərəb müttəfiqləri də qalxdı. Koalisiya mütəmadi olaraq hava zərbələri endirir, bu yolla da İraqın quru qoşunlarının əməliyyatlarına dəstək verir.

İŞİD-lə bu cür mübarizə o qədər də səmərə vermədi. İŞİD-i işğal olunmuş ərazilərdən çıxarmaq mümkün olmadı. Hətta yaraqlılar neft alveri ilə məşğul olmaqda davam edir, heç bir günahı olmayan insanların, o cümlədən Amerika vətəndaşlarının boynunu vurmaqla sivil dünyanı total kollapsla təhdid edir.

ABŞ hərbi hava qüvvələrinin hərəkətləri hərb sənəti nöqteyi-nəzərindən yöndəmsiz görünür və bombardman imitasiyasına bənzəyir. Aviasiyanın dəqiq işarələdiyi obyekt yoxdur, dəqiq zərbələr əllərində silahla qaçan fanatlara endirilir.

Son 15 ildə Vaşinqton Yaxın Şərq regionunun təhlükəsizliyi üçün "aparıcı konstruksiya" rolunu oynayan "dayaq" dövlətlərini (İraq, Liviya, Misir və Suriyanı) məhv etdi. Bu fonda Səudiyyə Ərəbistanı yüksəlmək istəyir.

Səudiyyə şahzadələri və kralı dərk etmirlər ki, bir hissəsini ərəb dünyasının təşkil etdiyi İslam sivilizasiyasının dağıdılması prosesində növbə onlarındır. Yəməndə alovlanmış münaqişə bunun əyani sübutudur.

İslam sivilizasiyası üçün dağıdıcı alət Birləşmiş Ştatların yetişdirdiyi radikal sünni qruplaşmalarıdır ("əl-Qaidə", İŞİD və b.). Çox güman ki, onların tərəfdarları Quranın üzünü belə açmayıblar.

İŞİD-in yaradılmasında güdülən məqsəd hələ ötən əsrin 30-cu illərində Britaniya kəşfiyyatının rezidenti "ərəbistanlı Lourens"in məruzəsində açıqlanmışdır. O, dəqiq və aydın şəkildə "Məqsədimiz Britaniyanın maraqları uğrunda ərəbləri ərəblərə qarşı mübarizə aparmağa məcbur etməkdir" – deyə, bildirmişdi. Amerikalılar da həmin nəsihətə əməl edirlər.

Samuel Hantinqton yazırdı ki, sivilizasiyaları ayıran xətlər cəbhə xətlərinə çevrilə bilər. Hantinqton Qərbi təhdid edən iki sivilizasiyanı qeyd edirdi: ən təhlükəli hesab etdiyi İslamı və pravoslav-slavyan sivilizasiyasını.

Ukrayna və Yaxın Şərqdə baş verən hadisələr, əslində, ya eyni əməliyyat, ya da ümumi bir niyyət altında aparılan iki əməliyyatdır.

İndi Vaşinqton Yaxın Şərq istiqamətində buradakı ölkələrdə dövlətçiliyi dağıtmaq siyasətini aparır. ABŞ buradakı qiyamçılara köməklik edir, bununla da dövlət çevrilişinə səbəb olur. Bundan sonra isə yenicə hakimiyyətə gələn qüvvələri Vaşinqton kredit və rüşvətə "oturdur", ölkə isə, Əfqanıstanda olduğu kimi, orta əsrlərə qayıtmış olur.

Hal-hazırda Vaşinqtonun səyləri İranla Fars körfəzi ölkələri arasında münaqişənin qızışdırılmasına yönəlmişdir. ABŞ yenidən şiələrlə sünniləri qarşı-qarşıya qoymağa çalışır. Belə bir siyasətin sayəsində Yaxın Şərq daima qanlı xaos içində olacaqdır.

"Der Spiegel" qeyd edir ki, İŞİD-in memarlarından biri guya Səddam Hüseynin kəşfiyyat xidmətinin keçmiş polkovniki Samir əbd Məhəmməd əl-Klifavidir (təxəllüsü Hacı Bəkrdir). Alman nəşri İraq ordusunun keçmiş hərbi qulluqçusu tərəfindən tərtib olunan əlyazma sənədinə istinad edir. Sənəddə yaxşı təhsil almış Hacı Bəkr yeni dövlət quruculuğunun hakimiyyətin ələ keçirilməsindın başlayaraq ərazi ekspansiyasına qədər bütün mərhələləri barədə ətraflı təlimat verir.

Amerikanın təcavüzündən sonra işsiz qalan keçmiş polkovnik özü radikal İslamın tərəfdarı olmasa da və "Bəəs" partiyasının üzvü olsa da, radikallarla geniş şəbəkə əlaqələri qurmağa müvəffəq olmuşdur.

"Der Spiegel"in təsvir etdiyi tarixçə bir daha göstərir ki, Hüseyni dəstəkləyən bir çox zabitlər və "Bəəs" partiyasının tərəfdarları Amerika yönümlü hökumətin meydana gəlməsi ilə hadisələrdən kənarda qaldılar. Belə vəziyyətə düşərək onlar müxtəlif yaraqlı dəstələrə qoşuldular. 2014-cü ildə isə onları İŞİD bir yumruqda birləşdirdi. Hacı Bəkr atıq dünyada yoxdur. Keçmiş polkovniki Suriya müxalifəti qətlə yetirib.

Newtimes.az
Fərid Yusifzadə

 





26.05.2015    çap et  çap et