525.Az

Danimarkada erməni təxribatının qarşısı alınıb


 

Danimarkada erməni təxribatının qarşısı alınıb<b style="color:red"></b>

Danimarkanın paytaxtı Kopenhagendə erməni diasporunun qondarma soyqırımı ilə bağlı abidə ucaltmaq planlarının qarşısı alınıb.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Danimarkadakı Azərbaycan və türk diasporu xəbər tutduqdan sonra abidənin qoyulmasına qarşı başladığı etiraz tədbirləri öz nəticəsini verib.
 
Danimarka Vətən Cəmiyyəti, Skandinaviya Türk Federasiyası, həmçinin Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönməzin birgə fəaliyyəti nəticəsində yerli ictimaiyyət “erməni soyqırımı” barədə geniş məlumatlandırılıb. Azərbaycan və türk diasporu adından Danimarka parlamentinə, Kopenhagen bələdiyyəsinə etiraz məktubları göndərilib, erməni diasporunun abidə qoyulması planlarına qarşı mitinq keçirmək üçün yerli polis orqanlarına icazə üçün müraciət edilib.
 
Türk və Azərbaycan icmalarının narahatlığı yerli mediada da geniş işıqlandırılıb. Azərbaycan və türk diasporunun etiraz tədbirlərindən sonra Kopenhagendə “erməni soyqırımı” abidəsinin qoyulması ilə bağlı işlər dayandırılıb. Qeyd edək ki, ABŞ-dakı erməni diasporunun maliyyəsi ilə ucaldılması nəzərdə tutulan abidənin may ayında qoyulması planlaşdırılırdı.

 





27.05.2015    çap et  çap et