525.Az

BDU Səlcuq Universiteti ilə Mövlanə Mübadilə protokolu imzalayıb


 

BDU Səlcuq Universiteti ilə Mövlanə Mübadilə protokolu imzalayıb<b style="color:red"></b> Səlcuq Universitetinin rektoru, professor Hakkı Gökbelinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
 
BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov BDU-nun tarixi, beynəlxalq əlaqələri haqqında danışıb, Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlıqdan, Mövlanə Mübadilə proqramından bəhs edib.
 
Professor Hakkı Gökbelin öz növbəsində, rəhbərlik etdiyi universitet haqqında məlumat verib, gəlişinin məqsədindən və gələcək əməkdaşlıq perspektivlərindən danışıb.
 
Sonra Bakı Dövlət Universiteti ilə Səlcuq Universiteti arasında Mövlanə Mübadilə proqramı çərçivəsində Mövlanə Mübadilə protokolu imzalanıb.
 
Protokol tələbə və professor-müəllim heyətinin mübadiləsini, ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdə tutur.
 
Sonda qonaqlar universitetin Tədris Elektron mərkəzi və elmi laboratoriyaları ilə tanış olublar.
 





27.05.2015    çap et  çap et