525.Az

Penitensiar Xidmətin 105 əməkdaşına xüsusi hərbi rütbələr verilib


 

Penitensiar Xidmətin 105 əməkdaşına xüsusi hərbi rütbələr verilib<b style="color:red"></b>

“28 May - Respublika Günü” münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində şəxsi heyətin xüsusi toplantısı keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev toplantıda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb.

Tədbirdə “28 May - Respublika Günü” münasibətilə 107 nəfər xidmət əməkdaşının mükafatlandırılması və 105 nəfərə xüsusi hərbi rütbələrin verilməsi barədə Mədət Quliyev tərəfindən imzalanmış əmr diqqətə çatdırılıb.

 





27.05.2015    çap et  çap et