525.Az

Elçin Quliyev BƏƏ nümayəndə heyətini qəbul edib


 

Elçin Quliyev BƏƏ nümayəndə heyətini qəbul edib<b style="color:red"></b> Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlükəsizliyi Baş İdarəsinin Baş Direktoru Casim Məhəmməd Əz-Zaabinin başçılıq etdiyi nümayəndə heyəti 2015-ci il may ayının 23-dən 27-dək Azərbaycanda rəsmi səfərdə olub.
 
DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Elçin Quliyev tərəfindən qəbul edilib.
 
Görüş zamanı DSX və BƏƏ Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlükəsizliyi Baş İdarəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər arasında beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşınması kimi cinayətlərlə mübarizə, dəniz sərhədlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələlərinə baxılıb. Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə təqdimat keçirilib.
 
Nümayəndə heyəti DSX-nin Sahil Mühafizəsinə, Akademiyasına  və “Sərhədçi” Olimpiya İdman Mərkəzinə səfərlər edərək xidmətin və təlim-tədris prosesinin təşkili, yaradılmış şərait və maddi-texniki baza ilə yaxından tanış olublar.
 
Səfər müddətində qonaqlar Müdafiə Sənayesi Nazirliyində, Dövlət Miqrasiya Xidmətində işgüzar görüşlər keçiriblər.
 
BƏƏ nümayəndə heyəti Qəbələ rayonunun mədəni-tarixi yerlərini ziyarət etməklə yanaşı, Bakı şəhərində, o cümlədən “Bakı-2015” 1-ci Avropa Oyunları ilə əlaqədar aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə tanış ediliblər.
 





27.05.2015    çap et  çap et