525.Az

Xalq yazıçısı Çingiz Abdullayev "Birlik Ulduzu"na layiq görüldü


 

Xalq yazıçısı Çingiz Abdullayev "Birlik Ulduzu"na layiq görüldü<b style="color:red"></b>

MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin "Birlik Ulduzu" mükafatına layiq görülməsi barədə qərar qəbul edib.

Ç.Abdullayev dünyanın əksər ölkələrində, o cümlədən, MDB respublikalarında əsərləri milyonlarca tirajla yayılan görkəmli ədib və tanınmış ictimai xadimdir.

Xatırladaq ki, indiyədək bu mükafata Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva, akademik Ömər Eldarov, məşhur mədəniyyət xadimləri Oleq Tabakov, Aleksandra Paxmutova və başqaları layiq görülüblər.

 





27.05.2015    çap et  çap et