525.Az

Özbəkistan mediası Azıx mağarası haqqında


 

Özbəkistan mediası Azıx mağarası haqqında<b style="color:red"></b>

Azərbaycandakı ən qədim insan məskənlərindən biri - Azıx mağarası haqqında Özbəkistanın "podrobno.uz", "silkway.uz" və "uchildiz.uz" xəbər portallarında rus dilində yazı yerləşdirilib.

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc olunan məqalədə deyilir ki, Azıx mağarası Füzuli rayonunun cənub-qərbində, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir və dünyada ilkin Poleolit dövrünün ən qədim mağarası hesab edilir.

Məqalədə deyilir ki, mağara 1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən aşkar edilib və həmin ildən bu qədim insan məskəninin öyrənilməsinə başlanılıb. Qeyd olunur ki, böyük ərazini əhatə edən mağara iki girişdən və 6 salondan ibarətdir. Hər salonun arasında ensiz keçid var və buradakı ən böyük salonun sahəsi 104 kvadratmetrdir.

Bildirilir ki, Azıx mağarasında aşkar edilən qədim insan məskəninin 700 min il yaşı var. 1968-ci ildə Məmmədəli Hüseynov yaşı 400 min il olan, keçmiş SSRİ ərazisində ən qədim insan olan azıxantropun alt çənə sümüyünü tapıb.

Qeyd edilir ki, bu mağarada Avropa ölkələrindən, ABŞ-dan, Hindistandan alimlər, həmçinin Moskva, Leninqrad, Kiyev, Tbilisidən gələn ekspedisiyalar işləyib.

S.ABDULLAYEVA

 





27.05.2015    çap et  çap et