525.Az

Rəssamlıq Akademiyasında "Saf rənglər" sərgilənir


 

Rəssamlıq Akademiyasında "Saf rənglər" sərgilənir<b style="color:red"></b>

Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində uşaq və yeniyetmələrin "Saf rənglər" adlı III Beynəlxalq rəsm yaradıcılığı festivalı açılıb.

Festival Təhsil Nazirliyi və Akademiyanın birgə təşəbbüsü ilə keçirilir. Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhəb Məmmədov, Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç və Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami çıxış edərək, festivalın əhəmiyyətindən danışıblar.

Festivalda 20-dək rəssamlıq studiyası, incəsənət məktəbləri ilə yanaşı, Fransa, Kuba, Koreya Respublikası, Çin, Belarus, Misir, Mərakeş, Türkiyə, Pakistan, Hindistan və bir çox ölkələrdən uşaqların 700-dək əl işi nümayiş olunur.

Mayın 30-dək davam edəcək festivalın xeyriyyəçilik ənənəsinə uyğun olaraq əlil uşaqlara kömək məqsədilə əsərlərin satışı da həyata keçirilir. Festival müsabiqəyönümlü olduğundan fərqlənən uşaq və yeniyetmələr dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

S.ABDULLAYEVA

 





27.05.2015    çap et  çap et