525.Az

AFFA-dan "Bakı-2015"ə dəstək oyunu


 

AFFA-dan "Bakı-2015"ə dəstək oyunu <b style="color:red"></b>

Bayıl stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşlarından ibarət komanda ilə "Bakı-2015" Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarından təşkil olunmuş komanda arasında yoldaşlıq oyunu keçirilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunda topa ilk zərbəni Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov və U-21 qızlar yığmasının üzvü Nigar Cəlilli endirib.

Qarşılaşma 3:2 hesabı ilə "Bakı-2015" Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarından təşkil olunmuş komandanın xeyrinə başa çatıb.

 





27.05.2015    çap et  çap et